Tələblər:
- Yaş həddi: 35-50;
- Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
- Büdcələmə, maliyyə planlama və maliyyə hesabatları üzrə praktiki biliklər;
- PMS sertifikatı mütləqdir (CV-yə əlavə olunmalıdır)
- Vergi Məcəlləsinə əsasən təqdim olunmalı olan müvafiq bəyannamə və hesabatlar (ƏDV, mənfəət vergisi,statistika və digər zəruri hesabatlar) təqdim edilməsi
- Təcrübə: minimum 5 il (Baş mühasib vəzifəsində); ƏMAS-dan çıxarış
- Komputer üzrə biliklər: 1C (yüksək səviyyədə); MS Office (Excell- əla səviyyədə) proqramlarından sərbəst istifadə qabiliyyəti;
Vəzifə öhdəliki:
- Layihələrin iqtisadi hesablamalarının aparılması;
- Aylıq maliyyə hesabatının bağlanılması;
- Nəqliyyat reyestrinin işlənməsinə və xərclərə nəzarət;
- Sistemdə təsdiqlənmiş düzəlişlərin aparılması;
- Müxabirləşmələrin düzgün gedişinin yoxlanması və düzəlişi;
- Təchizatçılardan daxil olmaların və ödənişilərin yoxlanması;
- Hesab qalıqlarının yoxlanmasına nəzarət;
- Mədaxil və silinən malların qarşılıqlı yoxlanması uyğun düzəlişlərin icrası;
- Təsdiqlənməmiş və silinmiş mədaxil qaimələrinin araşdırılması;
- Satışın mənfəətliliyinin araşdırılması və düzəlişi;
- Sifarişlərin maya dəyərinin hazırlanması ;
- Xarici alışlarda əmtəə çeşidi üzrə müşahidə olunan qiymət dəyişikliyi hesabatını hazırlamaq və qiymət artımı səbəbini araşdırmaq;
- Analitik hesablamaların hazırlanması;
- Satış və satınalma üzrə hesablaşmalara nəzarət edilməsi;
- Maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin analitikası;
- Nəğd vəsaitlərin hərəkətinə nəzarət;
İş şəraiti:
- İş yeri: Aqrokimya MMC, Şəfayət Mehdiyev 271;
- iş qrafiki, iş vaxtı: həftə içi 5 gün 09:00-dan 18:00-dək 6-cı gün 09:00-dan 13:30-dək;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək Haqqı: Razılaşma yolu ilə;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Baş mühasib " qeyd olunması zəruridir.
Qeyd: Xahiş olunur fikri ciddi olmayan və tələb olunan sahə üzrə iş təcrübəsi olmayan namizədlər CV göndərməsin. CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun.