Təsvir
- Aparıcı mühasib müəssisədə mühasibat uçotunun qanunvericiliyə uyğun aparılmasını təmin edir, maliyyə və vergi hesabatlarının vaxtında və düzgün hazırlanmasına nəzarət edir.
- Müəssisədə mühasibat uçotunun qanunvericiliyə uyğun aparılmasını təmin etmək;
- Maliyyə və mühasibat sənədlərinin hazırlanmasını, yoxlanılmasını və uçotunun aparılmasını təşkil etmək;
- Vergi, sosial sığorta və digər məcburi ödənişlərin hesablanmasında iştirak etmək;
- Maliyyə hesabatlarının hazırlanmasına və təqdim edilməsinə nəzarət etmək;
- Mühasibat sənədlərinin düzgün tərtib olunmasını və arxivləşdirilməsini təmin etmək;
- Müəssisənin maliyyə əməliyyatlarının uçotunu aparmaq və müvafiq hesabatları hazırlamaq;
- Mühasibatlıq əməkdaşlarına metodiki dəstək göstərmək;
- Rəhbərliyin mühasibat uçotu ilə bağlı tapşırıqlarını icra etmək.
Tələblər
- Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə);
- Minimum 3–5 il mühasibatlıq sahəsində iş təcrübəsi (aparıcı vəzifədə olması üstünlükdür);
- Vergi Məcəlləsi və Maliyyə Uçotu Qaydaları üzrə dərin biliklər;
- Mühasibat proqramlarında (məs., 1C, SAP və s.) sərbəst işləmək bacarığı;
- Microsoft Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
- Analitik düşüncə, dəqiqlik və detallara diqqət;
- Komandada işləmə və idarəetmə bacarıqları
- ACCA, CPA və ya digər beynəlxalq sertifikatlara malik olmaq üstünlükdür.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.