Öhdəliklər:
- Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi;
- Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması;
- Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işləmək;
- Müvafiq mürəkkəblik səviyyəsində qabaqcıl analitik modelləri inkişaf etdirmək və biznesin yaxşılaşdırılması üçün həll yolları təklif etmək;
- Davranış modellərinə əsasən bazarın və satışların, qiymətlərin və s. dinamikası üzrə proqnozlar tərtib etmək;
- Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatlar hazırlamaq;
- Proqnoz və nəticələrin effektiv vizuallaşdırma üsulu ilə hesabatlar hazırlamaq.
- Biznes hesabatları və data ehtiyaclarını prioritetləşdirmək üçün rəhbərliklə işləmək
- Cari hesabatları saxlamaq və yeni hesabatlar yaratmaq. Data toplamaq və təhlilini yaxşılaşdırmaq üçün təkliflər vermək
- Birbaşa rəhbəri tərəfindən verilən digər vəzifələri yerinə yetirmək bacarığı və istəyi
- Biznesə uyğun olaraq segment üzrə PnL (Mənfəət-zərər) hesabatının hazırlanması və təhlillərin aparılması
Tələblər:
- Ali təhsili;
- Logistika sahəsi üzrə azı 2 il iş təcrübəsi;
- Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi, statistik biliklər;
- Yeni texnologiyaları öyrənmə həvəsi;
- İri həcmli datalarla iş təcrübəsi, nəticə yönümlülük;
- Datalardakı anomaliyaları müəyyən etmək, onları oxuya bilmək və həll üçün hipotezalar yarada bilmək bacarığı.
İş şərtləri:
- İş qrafiki 5 günlük, saat 08:30-17:30;
- Əmək haqqı razılaşma yolu ilə;
- Karyerada yüksəliş imkanı
Müraciət:
Namizədlər mövzu hissəsinə “Data analitik” qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elekton poçt ünvanına CV formalarını göndərə bilərlər.