Avtomatik Qapı Ustası

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Avtomatik Qapı Ustası

  • Deadline 16 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

AGZ MMC inkişaf strategiyasına uyğun olaraq, avtomatik qapı, qapı bağlayıcıları, avtomatik pəncərə sistemləri, təhlükəsizlik və keçid-nəzarət sistemləri sahəsində fəaliyyət göstərən komandası üçün məsuliyyətli və təcrübəli avtomatik qapı ustası axtarır.

Vəzifələr:

  • Avtomatik qapı sistemlərinin quraşdırılması, sazlanması və texniki baxışının həyata keçirilməsi
  • Sürməli, qatlanan, fırlanan və digər avtomatik qapı sistemləri ilə işləmək
  • Mövcud nasazlıqların aşkar olunması və aradan qaldırılması
  • Qapı motorları, sensorlar, kilidlər və digər avadanlıqların montajı
  • Müştəri ünvanlarında servis və texniki xidmət işlərinin görülməsi
  • Görülən işlər barədə rəhbərliyə məlumat verilməsi
  • Təhlükəsizlik qaydalarına uyğun şəkildə işləmək

Tələblər:

  • Avtomatik qapı, elektrik, mexanika və ya oxşar sahədə 3–5 il iş təcrübəsi
  • Elektrik alətləri və texniki avadanlıqlarla işləmək bacarığı
  • Texniki problemləri analiz edib həll etmə bacarığı
  • Məsuliyyətli, diqqətli və operativ olmaq
  • Ezamiyyətə getmək imkanı olan namizədlərə üstünlük verilir

Təklif edirik:

  • Stabil və uzunmüddətli iş imkanı
  • Təcrübə və bacarıqlara uyğun inkişaf imkanı
  • Almaniya istehsalı olan keyfiyyətli avadanlıqlarla işləmək imkanı
  • Peşəkar və dəstəkçi kollektiv
  • İş zamanı lazım olan alət və avadanlıqlarla təmin olunma
  • Rəqabətli əmək haqqı sistemi

İş şəraiti

  • Ünvan: Baksol ərazisi 1
  • İş qrafiki: Bazar ertəsi – Cümə
  • Əmək haqqı müsahibə əsasında təyin olunur

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily90
  • Weekly570
  • Monthly1663