AGZ MMC inkişaf strategiyasına uyğun olaraq, avtomatik qapı, qapı bağlayıcıları, avtomatik pəncərə sistemləri, təhlükəsizlik və keçid-nəzarət sistemləri sahəsində fəaliyyət göstərən komandası üçün məsuliyyətli və təcrübəli avtomatik qapı ustası axtarır.
Vəzifələr:
- Avtomatik qapı sistemlərinin quraşdırılması, sazlanması və texniki baxışının həyata keçirilməsi
- Sürməli, qatlanan, fırlanan və digər avtomatik qapı sistemləri ilə işləmək
- Mövcud nasazlıqların aşkar olunması və aradan qaldırılması
- Qapı motorları, sensorlar, kilidlər və digər avadanlıqların montajı
- Müştəri ünvanlarında servis və texniki xidmət işlərinin görülməsi
- Görülən işlər barədə rəhbərliyə məlumat verilməsi
- Təhlükəsizlik qaydalarına uyğun şəkildə işləmək
Tələblər:
- Avtomatik qapı, elektrik, mexanika və ya oxşar sahədə 3–5 il iş təcrübəsi
- Elektrik alətləri və texniki avadanlıqlarla işləmək bacarığı
- Texniki problemləri analiz edib həll etmə bacarığı
- Məsuliyyətli, diqqətli və operativ olmaq
- Ezamiyyətə getmək imkanı olan namizədlərə üstünlük verilir
Təklif edirik:
- Stabil və uzunmüddətli iş imkanı
- Təcrübə və bacarıqlara uyğun inkişaf imkanı
- Almaniya istehsalı olan keyfiyyətli avadanlıqlarla işləmək imkanı
- Peşəkar və dəstəkçi kollektiv
- İş zamanı lazım olan alət və avadanlıqlarla təmin olunma
- Rəqabətli əmək haqqı sistemi
İş şəraiti
- Ünvan: Baksol ərazisi 1
- İş qrafiki: Bazar ertəsi – Cümə
- Əmək haqqı müsahibə əsasında təyin olunur
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.