Şirkətin inkişaf strategiyasına uyğun olaraq, AGZ MMC kommersiya komandasını genişləndirir və iri həcmli layihələrdə iştirak edəcək, yüksək dəyərli B2B (B2C qismən) əməkdaşlıqları inkişaf etdirəcək təcrübəli satış mütəxəssisi axtarır.
Əsas vəzifələr:
- Premium tikinti sistemlərinin developerlərə, podratçılara və memarlara satışı
- Tikinti sektorunda yeni biznes imkanlarının müəyyən edilməsi və inkişafı
- Əsas qərarverici şəxslərlə uzunmüddətli əlaqələrin qurulması və saxlanılması
- Satış prosesinin tam idarə olunması (lead mərhələsindən müqavilənin bağlanmasına qədər)
- Fərdi kommersiya və texniki təkliflərin hazırlanması
- Məhsul və həllərin təqdimatının keçirilməsi
- Texniki komanda ilə əməkdaşlıq edərək optimal həllərin təqdim edilməsi
- Bazarın izlənməsi və strateji imkanların müəyyən edilməsi
Tələblər:
- B2B satış sahəsində minimum 1 il iş təcrübəsi (tikinti, mühəndislik və ya tikinti materialları sahəsi üstünlükdür)
- Developerlər, podratçılar, dizaynerlər və ya memarlıq şirkətləri ilə iş təcrübəsi
- Orta və yüksək dəyərli müqavilələrin bağlanması üzrə uğurlu təcrübə
- Güclü ünsiyyət, danışıqlar və təqdimat bacarıqları
- Texniki məhsul və həlləri anlama qabiliyyəti
- MS Office üzrə biliklər
- Azərbaycan dilini sərbəst bilmək mütləqdir, İngilis dili danışıq səviyyədə üstünlükdür.
Təklif edirik:
- Yüksək gəlir potensialı olan rəqabətli əməkhaqqı (sabit maaş + limitsiz bonus sistemi)
- Hədəflərin aşılması üçün əlavə bonuslar
- Premium Avropa brendləri və yüksək səviyyəli layihələrlə işləmək imkanı
- Böyük və texniki baxımdan mürəkkəb layihələrdə iştirak
- Karyera inkişafı imkanı
- Peşəkar və dinamik iş mühiti
İş şəraiti
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00
- Ünvan: Bakı şəhəri, Salyan şossesi 14-cü km, "İpək Yolu" Gömrük Terminalı yaxınlığıMüraciət qaydası:
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.