AIMC (Azerbaijan International Mining Company) AIMC (Azerbaijan International Mining Company)
  • 166

Elektrik (Ağdərə)

  • Deadline 3 Sentyabr 2026

Vəzifə öhdəlikləri

  • Müəssisənin elektrik avadanlıqlarının fasiləsiz, etibarlı və təhlükəsiz istismarını təmin etmək;
  • Elektrik avadanlıqlarına planlı texniki xidmət, profilaktik baxış və təmir işlərini həyata keçirmək;
  • Elektrik sistemlərində yaranan nasazlıqları operativ şəkildə aşkar etmək, diaqnostika aparmaq və aradan qaldırmaq;
  • Elektrik mühərrikləri, transformatorlar, paylayıcı qurğular, kabel xətləri və işıqlandırma sistemlərinin istismarına və texniki xidmətinə nəzarət etmək;
  • Elektrik sxemlərinə və texniki sənədlərə uyğun olaraq montaj, qoşulma və sazlama işlərini yerinə yetirmək;
  • Yeni elektrik avadanlıqlarının quraşdırılması, sınaqdan keçirilməsi və istismara verilməsi prosesində iştirak etmək;
  • Elektrik avadanlıqlarının cari və əsaslı təmir işlərinin icrasında iştirak etmək;
  • Aşkarlanmış nasazlıqlar və görülmüş işlər barədə müvafiq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Elektrik işlərinin qüvvədə olan texniki norma, standart və təlimatlara uyğun icrasını təmin etmək;
  • Əməyin mühafizəsi, elektrik təhlükəsizliyi, sənaye və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.

Tələblər

  • Elektrik, Energetika və ya digər əlaqəli ixtisas üzrə orta ixtisas və ya peşə təhsili;
  • Elektrik sahəsində minimum 1 il iş təcrübəsi;
  • Elektrik təhlükəsizliyi üzrə müvafiq sertifikatın olması üstünlük hesab olunur;
  • Elektrik sxemlərini oxumaq və elektrik ölçü cihazlarından istifadə etmək bacarığı;
  • Elektrik avadanlıqlarının istismarı və texniki xidməti üzrə biliklər;
  • Məsuliyyətlilik, intizamlılıq və komandada işləmək bacarığı.
  • Məcburi köçkün namizədlərə üstünlük veriləcəkdir.

İş yeri və şəraiti

  • İş yeri: Ağdərə, Azərbaycan;
  • İş qrafiki: Növbəli iş qrafiki;
  • Yaşayış yeri və qidalanma: Şirkət tərəfindən təmin edilir.

Qeyd olunan tələblərə uyğun olan namizədlərdən CV-lərini mövzu hissəsində "Elektrik" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.

  • Daily30
  • Weekly133
  • Monthly150