Vəzifə öhdəlikləri
- Nasos stansiyaları, nəm tullantı anbarı (TSF) və digər əlaqəli mexaniki avadanlıqların təhlükəsiz, etibarlı və fasiləsiz istismarını təmin etmək;
- Nasoslar, mühərriklər, boru xətləri, klapanlar və digər mexaniki sistemlər üzrə planlı (qabaqlayıcı) və cari təmir işlərini təşkil etmək və icrasına nəzarət etmək;
- Nəm tullantı anbarında istifadə olunan nasos və mexaniki avadanlıqların texniki vəziyyətini izləmək və fasiləsiz işləməsini təmin etmək;
- Avadanlıqlarda yaranan nasazlıqları operativ müəyyən etmək, səbəblərini araşdırmaq və aradan qaldırılması üçün tədbirlər görmək;
- Ehtiyat hissələrinə olan tələbatı müəyyən etmək, siyahılar hazırlamaq və sifariş prosesində iştirak etmək;
- Avadanlıqların texniki baxış və profilaktik xidmət cədvəllərinin icrasına nəzarət etmək;
- Texniki sənədləri, sxemləri və çertyojları oxumaq və tətbiq etmək;
- Təmir və texniki xidmət işləri üzrə hesabatlar hazırlamaq və avadanlıqların fəaliyyət göstəricilərini izləmək;
- Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasını təmin etmək;
- İstehsalat, texniki xidmət və digər aidiyyəti şöbələrlə koordinasiyalı əməkdaşlıq etmək.
Tələblər
- Mexanika Mühəndisliyi, Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi, Meliorasiya və Su Təsərrüfatı Tikintisi Mühəndisliyi və ya digər əlaqəli ixtisas üzrə ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi üstünlük hesab olunur;
- Nasoslar, mühərriklər və mexaniki avadanlıqlara aid texniki sənədləri, sxemləri və çertyojları oxumaq bacarığı;
- Nasos sistemləri və onların istismarı barədə texniki biliklər;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Komandada işləmək və operativ qərar qəbul etmək bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik və yüksək təşkilatçılıq bacarığı.
- Namizədilərin Bərdə, Ağdam, Tərtər və Ağdərə və yaxın bölgələrdən olması arzuolunandır;
- Məcburi köçkünlərə üstünlük veriləcəkdir;
İş yeri və şəraiti
- Ağdərə ərazisində çalışan əməkdaşlar üçün yaşayış yerinin təmin edilməsi;
- Yemək xərclərinin qarşılanması;
- Tibbi sığorta;
- Korporativ iş mühiti və karyera inkişaf perspektivləri.
Qeyd olunan tələblərə uyğun olan namizədlərdən CV-lərini mövzu hissəsində "Növbə Mühəndisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.