Vəzifəyə aid qoyulan tələblər
- Təhsil:Ali təhsil;
- Təcrübə: minimum 1 il ;
- Yaş: 25 – 35 ;
- Dil bilikləri: Azərbaycan və rus dillərini mükəmməl bilməli (ingilis dili arzuolunandır) ;
Tələblər:
- Düzgün şifahi nitq qabiliyyəti və elektron yazışma qaydalarına riayət etməli ;
- Analitik düşünmə qabiliyyətinə malik olmalı ;
- Yüksək kreativlik və təşəbbüskarlıq ;
- Müstəqil qərar qəbul etmək bacarığı və qətiyyətlilik ;
- Detallara diqqət etməli, yaradıcı olmalı və təqib etməli;
- Kollektivlə işləyə bilməli və özünü təkmilləşdirməli ;
- MS Office proqramlarını mükəmməl bilməli ;
- Vaxtın düzgün idarə edilməsi ;
- Daim üzərində işləməli .
Vəzifə öhdəlikləri:
- Müştərilər üçün təklif paketlərinin hazırlanması;
- Şirkətlərlə korporativ danışıqların aparılması;
- Satışların təşkili, planlaşdırılması və müqavilələrin bağlanması;
- Bazarın, rəqiblərin müntəzəm araşdırılması və təhlilinin aparılması;
- Biznesin inkişafı üçün yerli / xarici müştərilərlə və tərəfdaşlarla əlaqələrin qurulması;
- Görülən işlər barədə həftəlik, aylıq və illik hesabatların rəhbərliyə təqdim edilməsi;
- Müştəri bazası və yerli bazardakı trendlərin təhlilinin aparılması, müştərilərin tələblərini öncədən praqnozlaşdırılması ;
- Loyallıq proqramının məqsədlərinin müəyyən edilməsi və onun həyata keçirilməsi üçün strategiyanın hazırlanması.
Əlavə məlumatlar:
- Əmək haqqı: Ştat cədvəlinə uyğun
- İş qrafiki: 5 gün, 09:00 – 18:00, 13:00-14:00 nahar fasiləsi
- Korporativ nömrə və danışıq balansı
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Göstərilən tələblərə cavab verən namizədlər öz şəkilli CV-lərini mövzu yerində "Partnyorlarla iş üzrə mütəxəssis" yazmaqla elektron poçt ünvanına göndərə bilərlər