Namizədə aid tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
- Müvafiq sahə üzrə min. 3 illik təcrübə;
- Azərbaycan dili ( rus və ingilis dili üstünlükdür);
- Microsoft Office biliyi proqramlarında sərbəst işləmə bacarığı (Excel, 1C 8.3 proqramı biliyi üstünlükdür);
- Vergi Məcəlləsi, əmək qanunvericiliyi üzrə biliklər;
- Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirə bilən;
- İşgüzar, məsuliyyətli, kollektivdə işləmə bacarığı
- Dövlət orqanlarına hesabatların təqdim etməyi bacarmalı (ƏDV, DSMF, Statistika və s)
- Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən Mühasibat Uçotu və Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi Qaydalarını bilməli
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili;
- Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması,
- Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Gündəlik olaraq Bank və ƏDV depozit hesabının yoxlanılması;
- Debitor və kreditor borc üzrə hesabatların hazırlanması;
- 1C 8.3 ERP proqramında yüksək səviyyədə istifadə bacarıqları;
- Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köçürülməsi;
- İnventarizasiyanın həyata keçirilməsi
- Mühasibatlığa aid bütün digər əməliyyatlar
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00
Əməkhaqqı: 600-750 AZN (bilik və bacarıqları nəzərə alaraq artırıla bilər)
Ünvan: Əhməd Rəcəbli
Tələblərə uyğun şəxslər CV formalarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissəsinə “Mühasib” yazaraq göndərə bilərlər. Qeyd edək ki, yalnız təcrübəsi olan şəxslərin cv formalarına baxılacaq.
Əlavə sual yarandıqda dərhal əlaqə saxlamağınız xahiş olunur.