Korporativ Satış nümayəndəsi

  • Истекает 9 ноябрь 2026

AK PACK MMC

Korporativ Satış nümayəndəsi — Vakansiya

 

Namizədə tələblər:

·       Ali təhsil (Bakalavr dərəcəsi);

·       MS Office proqramları üzrə biliklər (işləmək bacarığı);

·       Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;

·       Analitik düşünmə qabiliyyəti;

·       Sumqayıt şəhərində yaşayan namizədlərə üstünlük veriləcək.

 

Əsas vəzifə və öhdəliklər:

·       Yeni korporativ (B2B) müştərilərin aktiv şəkildə axtarışı, potensial müştəri bazasının formalaşdırılması

·       Yeni bazarlara çıxış üçün aktiv zənglərin olunması və B2B seqmentində qərarverici şəxslərlə (CEO, Satınalma menecerləri və s.) birbaşa əlaqələrin qurulması

·       İstehsalat və satış proseslərinin koordinasiyasını idarə edə bilmək.

·       Satış aktları və müqavilələrlə işləmək bacarığı.

·       Əsas bazar tendensiyalarını və müştərilərin ehtiyaclarını öyrənmək;

·       Satış hədəflərinin müəyyən edilməsi və nəticələrin davamlı izlənilməsi;

·       İşgüzar yazışma və sənədləşmə standartlarını bilmək və peşəkar ünsiyyət.

·       Alqı-satqı, xidmət müqavilələri və satış aktlarını tələblərə uyğun hazırlamaq, təsdiqə təqdim etmək.

·       Müştəri şikayətlərini dinləmək, qeydiyyata almaq və operativ həll olunması üçün rəhbərliyə təqdim etmək.

·       Gecikən sifarişlərlə bağlı müştərilərlə əlaqə yaradaraq səbəbləri araşdırmaq və həll yolları təklif etmək.

·       Korporativ müştərilərlə zəng vasitəsilə mütəmadi əlaqə saxlamaq, xidmət və ya məhsullar haqqında rəylər (feedback) toplayaraq müştəri məmnuniyyətini nəzarətdə saxlamaq.

·       İstehsalat və satış şöbələri arasında operativ əlaqəni saxlayaraq proseslərin ardıcıllığını və vaxtında icrasını təmin etmək.

·       Müştərilərdən e-poçt vasitəsilə daxil olan sifarişləri qəbul etmək, detallı analiz edib yoxlamaq, təsdiqləmək və istehsalata yönləndirmək.

·       Gec sifariş verən müştərilərlə əlaqə yaradaraq gecikmənin səbəblərini araşdırmaq və öyrənmək;

·       Müştərilərin hər hansı şikayətləri olduqda onları dinləmək, qeydiyyata almaq və operativ şəkildə rəhbərliyə təqdim etmək;

·       Aylıq, rüblük və illik hesabatların hazırlamaq və təqdim etmək

İş şəraiti:

·       İş yeri: Sumqayıt Kimya Sənaye parkı;

·       İş qrafiki: həftə içi 5 gün (09:00-18:00);

·       Əməkhaqqı: Bazara uyğun sabit əməkhaqqı + Satışdan (KPI / %);

·       Nahar şirkət tərəfindən təmin edilir;

·       Korporativ mobil nömrə;

·       Servis xidməti (Sumqayıt şəhəri).

 

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Korporativ Satış nümayəndəsi” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily4
  • Weekly592
  • Monthly842