A Akabe İnşaat
  • 735

Mühasib operator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib operator

  • Deadline 5 June 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun aparılması və maliyyə əməliyyatlarının qeydiyyatı;
  • Bank və kassa əməliyyatlarının icrası və nəzarəti;
  • Müqavilələrin, hesab-fakturaların və digər maliyyə sənədlərinin hazırlanması və yoxlanılması;
  • Debitor və kreditor borclarının uçotunun aparılması;
  • İşçilərin əməkhaqqı hesablamalarının aparılması;
  • Anbar uçotunun aparılması və material hərəkətlərinin izlənilməsi;
  • Mühasibatlıq proqramları (1C, LOGO və s.) ilə işləmək;

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Kəsmə sexi;
  • Ünvan: Binəqədi Şossesi 12;
  • İş qrafiki: Bazar ertəsi – Şənbə - 09:00-dan 18:00-dək;
  • İstirahət: Bazar günü;
  • Əmək haqqı: 800-900 azn(net)

Namizədə tələblər

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil;
  • Mühasibatlıq sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Vergi Məcəlləsi və mühasibatlıq qaydaları haqqında biliklər;
  • 1C, MS Office proqramları ilə işləmə bacarığı;
  • Dəqiqlik, analitik düşüncə və məsuliyyətlilik;

 Məsuliyyətlər

  • Maliyyə hesabatlarının düzgünlüyünə və vaxtında təqdim edilməsinə görə məsuliyyət daşımaq;
  • Məxfi məlumatların qorunmasını təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən əlavə tapşırıqları yerinə yetirmək.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərinizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində “Mühasib Operator” qeyd etməklə göndərmələri xahiş olunur.

Qeyd: Namizədlərdən xahiş olunur,tələblərə diqqətlə nəzər yetirib,daha sonra CV-lərinizi qeyd olunan ünvana göndərəsiniz.

  • Daily0
  • Weekly0
  • Monthly751