Namizədə aid tələblər:
- Ali təhsil (İnşaat və ya Mexanika mühəndisliyi üzrə ali təhsil);
- Azərbaycan və İngilis dillərini bilməsi;
- Microsoft Office proqramlarını (Excel,Word, Outlook), AutoCad mükəmməl səviyyədə bilməsi;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- İşçi layihələrin bütün bölmələrinin oxuma bacarığı;
- Tikinti sənədləşməsini (aktlar jurnallar və s.) bacarmalı;
- Maliyyə təhlili və tikinti bazarı üzrə aktual məlumatlara sahib olması;
- Detallı və dəqiq hesablama bacarığı.
Əsas vəzifə və öhdəliklər:
- Layihə cizgiləri əsasından təmir tikinti iş həcmləri cədvəlin tərtib edilməsi;
- Layihə işlərinə uyğun xərclərin hesablanması (materiallar, işçi qüvvəsi, avadanlıqlar və s.).
- İş həcmləri cədvəllərin təhlil edilmməsi və tikinti layihələrin risklərini nəzərə alaraq təkminləşdirilməsi;
- Smeta dəyərlərinin tikinti normativlərinə uyğunluğunun yoxlanılması.
- Planlaşdırılmış və faktiki xərclərin müqayisəsi, uyğunsuzluqların müəyyən edilməsi.
- Layihə smeta sənədlərinin dövlət və ya korporativ tələblərə uyğun tərtibatı.
- Tenderlər üçün smeta qiymətləndirilməsi və təqdimatların hazırlanması.
- Rəqib təkliflərinin maliyyə analizi və qiymətləndirilməsi.
- Tikinti işlərinin smeta büdcəsinə uyğun aparılmasına nəzarət.
- Smeta üzrə dəyişikliklər və əlavə işlər üçün təkliflərin hazırlanması.
- Layihə menecerləri və texniki mütəxəssislərlə işin koordinasiyası.
- Layihə rəhbərinin tələbinə əsasən büdcənin formalaşdırılmasını və layihə prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanmasına dair təkliflərin verilməsini icra edir ;
- Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanmasını və təhlilini edir ;
- Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsini icra edir;
- Layihə cizgilərində dəyişikliklərin sənədləşdirilməsi və büdcənin yenilənməsinə nəzarət edir və təklif verir;
- Sənədlərin hazırlanması zamanı mühəndis layihənin həyata keçirilməsi üçün zəruri olan materialları və komponentləri seçir, texniki şərtləri (BOM), kiçik texniki heyət üçün quraşdırma və konfiqurasiya təlimatlarını tərtib edir. (BOQ qiymətləndirmə əməliyyatını icra edir ) ;
- Təmir tikinti layihələrində texnika və material sərfiyyat cədvəllərinin tərtib edilməsi;
- İş həcmlərin nəzarət edilməsi, layihədə dəyişiklər baş verərsə iş həcmləri cədvəllərində muvafiq düzəlişlərin tərtib edilməsi;
- Təmir tikinti təkliflərin təqdim edilməsində iş həcmlərin yoxlanılması və təsdiq edilməsi;
- İcra edilmiş / görülən işlərin təhvil təslim aktların (forma-2) tərtib edilməsi;
- Podratçılar, dizaynerlər və digər mütəxəssislərlə sıx əməkdaşlıq edərək layihənin müvəffəqiyyətini təmin etmək.
- Layihədəki dəyişiklikləri izləmək, müvafiq sənədləşməni aparmaq və sifarişçiyə məlumat vermək.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Sınaq müddəti- 3 ay;
- İş saatı 9:00-18:00-dək; 5 günlük iş rejimi;
- Əmək haqqı NET 1000-1200 AZN
Uyğun namizədlərdən CV-lərini başlıq hissəsinə “Smeta mühəndisi” qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur. Qeyd edək ki, CV-lərə mərhələli şəkildə baxılır və yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.