İş şəraiti:
- İş yeri: Sumqayıt Sənaye Parkı (SSP)
- İş rejimi: Növbəli (gündüz/gecə)
- Əmək haqqı: 1100 Azn (Gross) (növbəli rejim olduğu üçün net əmək haqqı növbələr üzrə əmək haqqı çox olur)
Vəzifənin təsviri:
Bidon istehsalı sexində operator istehsal xəttinin fasiləsiz və təhlükəsiz işləməsini təmin edir, avadanlıqların düzgün istismarına nəzarət edir və istehsal olunan məhsulun keyfiyyət standartlarına uyğunluğunu yoxlayır.
Əsas vəzifə öhdəlikləri:
- Şişirtmə (blow molding) və ya digər istehsal avadanlıqlarının işə salınması və idarə edilməsi
- Avadanlıqların temperatur, təzyiq və digər texniki parametrlərinin nəzarətdə saxlanılması
- Xammalın (polimer və s.) düzgün və normaya uyğun istifadəsinin təmin olunması
- İstehsal olunan bidonların ölçü, forma və keyfiyyət göstəricilərinin yoxlanılması
- Qüsurlu məhsulların çeşidlənməsi və səbəblərinin müəyyənləşdirilməsi
- Plan üzrə istehsal həcminin yerinə yetirilməsinin təmin edilməsi
- Avadanlıqlarda baş verən nasazlıqlar barədə dərhal sahə rəisinə məlumat verilməsi
- Avadanlıqdakı nasazlığın aradan qaldırılması və avadanlığın saz vəziyyətində saxlanılması
- İş yerində təmizlik və nizam-intizamın qorunması
- Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına ciddi əməl olunması
Tələblər:
- Orta və ya orta ixtisas təhsili (texniki sahə üstünlükdür)
- İstehsalat müəssisəsində minimum 1 il iş təcrübəsi (plastik və ya bidon istehsalı sahəsində təcrübə üstünlükdür)
- Mexaniki və texnoloji avadanlıqlarla işləmə bacarığı
- Texniki göstəriciləri anlama və nəzarət etmə bacarığı
- Növbəli iş rejimində işləmək imkanı
- Məsuliyyətli, diqqətli və operativ olmaq
- Fiziki cəhətdən sağlam və kollektivlə işləmə bacarığı
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Bidon sexi operatoru” qeyd etməklə Müraciət Et düyməsində göstərilən e-mailə göndərə bilərlər.