ALCO MMC ALCO MMC
  • 347

Bidon İstehsalı Sexində Operator

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Bidon İstehsalı Sexində Operator

  • Истекает 3 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti:

  • İş yeri: Sumqayıt Sənaye Parkı (SSP)
  • İş rejimi: Növbəli (gündüz/gecə)
  • Əmək haqqı: 1100 Azn (Gross) (növbəli rejim olduğu üçün net əmək haqqı növbələr üzrə əmək haqqı çox olur)

Vəzifənin təsviri:

Bidon istehsalı sexində operator istehsal xəttinin fasiləsiz və təhlükəsiz işləməsini təmin edir, avadanlıqların düzgün istismarına nəzarət edir və istehsal olunan məhsulun keyfiyyət standartlarına uyğunluğunu yoxlayır. 

Əsas vəzifə öhdəlikləri:

  • Şişirtmə (blow molding) və ya digər istehsal avadanlıqlarının işə salınması və idarə edilməsi
  • Avadanlıqların temperatur, təzyiq və digər texniki parametrlərinin nəzarətdə saxlanılması
  • Xammalın (polimer və s.) düzgün və normaya uyğun istifadəsinin təmin olunması
  • İstehsal olunan bidonların ölçü, forma və keyfiyyət göstəricilərinin yoxlanılması
  • Qüsurlu məhsulların çeşidlənməsi və səbəblərinin müəyyənləşdirilməsi
  • Plan üzrə istehsal həcminin yerinə yetirilməsinin təmin edilməsi
  • Avadanlıqlarda baş verən nasazlıqlar barədə dərhal sahə rəisinə məlumat verilməsi
  • Avadanlıqdakı nasazlığın aradan qaldırılması  və avadanlığın saz vəziyyətində saxlanılması
  • İş yerində təmizlik və nizam-intizamın qorunması
  • Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına ciddi əməl olunması

Tələblər:

  • Orta və ya orta ixtisas təhsili (texniki sahə üstünlükdür)
  • İstehsalat müəssisəsində minimum 1 il iş təcrübəsi (plastik və ya bidon istehsalı sahəsində təcrübə üstünlükdür)
  • Mexaniki və texnoloji avadanlıqlarla işləmə bacarığı
  • Texniki göstəriciləri anlama və nəzarət etmə bacarığı
  • Növbəli iş rejimində işləmək imkanı
  • Məsuliyyətli, diqqətli və operativ olmaq
  • Fiziki cəhətdən sağlam və kollektivlə işləmə bacarığı

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Bidon sexi operatoru” qeyd etməklə Müraciət Et düyməsində göstərilən e-mailə göndərə bilərlər.

  • Daily54
  • Weekly296
  • Monthly299