ALCO MMC ALCO MMC

ALCO MMC

Distribyutorlar

Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis

  • Deadline 12 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti:

  • Əmək haqqı: 1450 Azn
  • İş yeri: İçərişəhər, Vəli Məmədov, ev 3
  • İş qrafiki: Tam iş günü

Vəzifə öhdəlikləri:

  • İdxal və ixrac əməliyyatları üzrə gömrük rəsmiləşdirilməsinin təşkili və icrası
  • Gömrük bəyannamələrinin (IDX/IXR) hazırlanması və təqdim edilməsi
  • Gömrük sənədlərinin (invoys, packing list, CMR, BL və s.) düzgünlüyünə nəzarət
  • Gömrük orqanları, brokerlər və logistika şirkətləri ilə əlaqələrin qurulması
  • Gömrük rüsumları, vergilər və digər ödənişlərin hesablanması
  • Gömrük qanunvericiliyindəki dəyişikliklərin izlənilməsi və tətbiqi
  • Malların gömrükdən vaxtında və problemsiz buraxılmasının təmin edilməsi

Namizədə tələblər:

  • Ali təhsil (iqtisadiyyat, logistika, beynəlxalq ticarət və ya əlaqəli sahə üzrə)
  • Gömrük rəsmiləşdirilməsi sahəsində minimum 1–3 il iş təcrübəsi
  • Azərbaycan Respublikasının gömrük qanunvericiliyi üzrə biliklər
  • e-Gömrük, Azterminal, ASAN İmza ilə işləmə bacarığı
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı
  • Azərbaycan dili – sərbəst
  • Rus və ingilis dili biliyi 
  • Məsuliyyətli, diqqətli və operativ işləmə bacarığı

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-ni “Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Tələblərə cavab verməyən şəxslərin müraciət etməməsi tələb olunur.

  • Daily16
  • Weekly117
  • Monthly1296