ALCO MMC ALCO MMC
  • 615

ALCO MMC

Distribyutorlar

İstehsalat Mühəndisi (Avtomatika)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İstehsalat Mühəndisi (Avtomatika)

  • Deadline 21 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti:

  • İş yeri: Sumqayıt Sənaye Parkı, Kimyaçılar küçəsi 1
  • İş rejimi: Tam ştat

Vəzifə Öhdəlikləri:

  • İstehsalat avadanlıqlarının avtomatlaşdırılmış idarəetmə sistemlərinə nəzarət və onların fasiləsiz işləməsini təmin etmək;
  • PLC, SCADA və digər idarəetmə sistemlərinin diaqnostikası, sazlanması və kalibrovkası;
  • Avtomatika üzrə texnoloji proseslərin optimallaşdırılması və təkmilləşdirilməsi;
  • Avadanlıqlarda yaranan nasazlıqların aradan qaldırılması və profilaktik texniki xidmətin aparılması;
  • Sensorların, aktuatorların, idarəetmə panellərinin, elektrik və avtomatika modullarının yoxlanması;
  • Yeni istehsalat xətlərinin quraşdırılması, test edilməsi və istismara verilməsi prosesində iştirak;
  • Texniki sənədlərin, hesabatların, sxemlərin hazırlanması və yenilənməsi.

Tələblər:

  • Sumqayıt və ona yaxın ərazilərdə yaşaması;
  • 35 yaşa qədər kişi və ya qadın olması;
  • Avtomatika mühəndisliyi, elektrik-elektronika mühəndisliyi və ya mexatronika üzrə ali təhsil;
  • Minimum 2 il iş təcrübəsi (sənaye, istehsalat və ya avadanlıqlar üzrə);
  • Azərbaycan, ingilis və rus dillərini səlis bilməsi;
  • PLC-lərlə işləmə bacarığı;
  • SCADA/HMI sistemləri üzrə biliklər;
  • Elektrik sxemlərini oxuma bacarığı, texniki sənədlərlə işləmək bacarığı;
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
  • Komanda ilə işləmək və operativ qərar vermək bacarığı.

Üstünlük Verilir:

  • Frekans çeviriciləri və sənaye sensorları ilə işləmə təcrübəsi;
  • ISO və istehsalat standartları üzrə biliklər;
  • İstehsalat sahəsində avtomatlaşdırma üzrə layihə təcrübəsi.

Təklif Edilir:

  • Rəsmi əmək müqaviləsi və sosial paket;
  • Rəqabətqabiliyyətli əmək haqqı: 1450 Anz-dən başlayır, namizədin peşəkarlıq səviyyəsinə uyğun olaraq artandır.
  • Naharla təminat (şirkətə uyğun olaraq əlavə edilə bilər);
  • Karyera və peşəkar inkişaf imkanları;
  • Müasir istehsalat avadanlıqları ilə işləmək imkanı.

Müraciət Qaydası:

CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “İstehsalat Mühəndisi (Avtomatika)” başlığı ilə göndərməyiniz xahiş olunur.

  • Daily104
  • Weekly473
  • Monthly1041