İş şəraiti
- İş yeri: Sumqayıt
- İş rejimi: Tam iş günü:
- Əmək haqqı: 2750 AZN (gross)
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
- KPI əsaslı bonus və mükafatlandırma sistemi
- Nahar təminatı
- Təlim və inkişaf proqramlarında iştirak imkanı
Vəzifənin əsas məqsədi:
- Laboratoriyanın fəaliyyətini effektiv və dəqiq şəkildə təşkil etmək, beynəlxalq standartlara uyğun keyfiyyətə nəzarət sistemini təmin etmək və aparılan analizlərin etibarlılığını yüksək səviyyədə qorumaq.
Əsas vəzifə öhdəlikləri:
- Laboratoriyanın gündəlik fəaliyyətinin planlaşdırılması, təşkili və idarə olunması
- Fiziki, kimyəvi və mikrobioloji analizlərin vaxtında və düzgün aparılmasına nəzarət
- Keyfiyyət idarəetmə sistemlərinin (ISO 9001, ISO 17025 və s.) tətbiqi və davamlı inkişafı
- Analiz metodlarının validasiya və verifikasiya proseslərinə rəhbərlik
- Laboratoriya avadanlıqlarının düzgün istifadəsi, kalibrlənməsi və texniki vəziyyətinə nəzarət
- Yeni texnologiya və metodların tətbiqi ilə bağlı təşəbbüslərin irəli sürülməsi
- Komanda üzvlərinin iş bölgüsünün təşkil edilməsi və performansının qiymətləndirilməsi
- İşçi heyət üçün texniki təlimlərin təşkili və bilik səviyyəsinin artırılması
- Daxili və xarici auditlərin uğurla keçirilməsinin təmin edilməsi
- Uyğunsuzluqların araşdırılması, səbəblərin müəyyən edilməsi və düzəldici tədbirlərin görülməsi
- Əməyin mühafizəsi, təhlükəsizlik və gigiyena qaydalarına riayət olunmasına nəzarət
- Aylıq və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim olunması
- Digər şöbələrlə (istehsalat, keyfiyyət, təchizat və s.) koordinasiyalı işin qurulması
Namizədə tələblər:
- Kimya, biologiya, kimya mühəndisliyi və ya uyğun sahə üzrə ali təhsil
- Laboratoriya sahəsində minimum 3–5 il iş təcrübəsi
- Rəhbər vəzifədə təcrübə olması üstünlükdür
- ISO standartları və keyfiyyət idarəetmə sistemləri üzrə biliklər
- Analitik düşünmə və problem həll etmə bacarığı
- Liderlik və komanda idarəetmə bacarıqları
- MS Office proqramlarında işləmə bacarığı
- Laboratoriya avadanlıqları və analiz metodları üzrə praktiki bilik
- Rus və ingilis dillərini işgüzar səviyyədə bilmək
- Texniki sənədləşmə və hesabat hazırlama bacarığı
- Sumqayıt və ya yaxın ərazilərdə yaşamaq (vacibdir)
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Laboratoriya müdiri” mövzusu ilə göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.