ALCO MMC ALCO MMC
  • 694

ALCO MMC

Distribyutorlar

Satış və Satınalma üzrə Mütəxəssis (Kofe, Kakao, Quru Meyvə və Çay Məhsulları üzrə)/ Satış və Marketinq üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış və Satınalma üzrə Mütəxəssis (Kofe, Kakao, Quru Meyvə və Çay Məhsulları üzrə)/ Satış və Marketinq üzrə Mütəxəssis

  • Deadline 9 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə məlumat:

  • Əmək haqqı: 1450 Azn-dən başlayan əmək haqqı
  • İş yeri: İçərişəhər, Vəli Məmədov, ev 3
  • İş qrafiki: Tam iş günü

Vəzifə öhdəlikləri:

Satış istiqaməti:

  • Kofe, kakao, quru meyvə və çay məhsullarının satışını təşkil etmək
  • Yeni müştərilərin axtarışı və müştəri bazasının genişləndirilməsi
  • Mövcud müştərilərlə davamlı əlaqənin qurulması və sifarişlərin idarə olunması
  • Bazarın, rəqiblərin və qiymət tendensiyalarının təhlili
  • Məhsul təqdimatlarının hazırlanması və keçirilməsi
  • Satış planlarının icrası və aylıq hesabatların hazırlanması

Satınalma istiqaməti:

  • Kofe, kakao, quru meyvə və çay üzrə potensial təchizatçıların araşdırılması
  • Xarici və yerli təchizatçılarla danışıqların aparılması, müqavilə şərtlərinin razılaşdırılması
  • Qiymət, keyfiyyət və nəqliyyat şərtlərinə uyğun ən optimal təkliflərin seçilməsi
  • Sifariş prosesinin koordinasiyası: yükün hazırlanması, göndərilməsi və çatdırılmasının izlənməsi
  • Gömrük və logistika proseslərinin əlaqələndirilməsi
  • Satınalma xərclərinin optimallaşdırılması və maliyyə planlaması üçün məlumatların təqdim edilməsi

 Namizədə tələblər:

  • Ali təhsil (Biznes, Beynəlxalq Ticarət, Marketinq və ya İqtisadiyyat sahəsində olması üstünlükdür)
  • FMCG və ya kənd təsərrüfatı məhsullarının satış/satınalma sahəsində minimum 2 il təcrübə
  • Rus və İngilis dillərini yaxşı səviyyədə bilmək 
  • Güclü danışıqlar aparma bacarığı və analitik düşüncə
  • Bazar araşdırması və kommersiya təkliflərinin hazırlanması bacarığı
  • Logistika və gömrük prosesləri haqqında biliklər
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək
  • Məsuliyyətli, aktiv və nəticəyönümlü olmaq

 Şirkət tərəfindən təklif olunur:

  • Rəsmi əmək müqaviləsi
  • Sabit əmək haqqı + bonus
  • Peşəkar inkişaf və təlim imkanları
  • Rahat və stabil iş şəraiti
  • Kariyera yüksəlişi üçün imkanlar

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-ni “Satış və Marketinq üzrə Mütəxəssis” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Tələblərə cavab verməyən şəxslərin müraciət etməməsi tələb olunur.

  • Daily53
  • Weekly364
  • Monthly1543