Alcopoint Retail MMC Alcopoint Retail MMC
  • 302

Alcopoint Retail MMC

Digər

Baş mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühasib

  • Deadline 3 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Cari xərclərin düzgünlüyünü yoxlamaq və təsdiq etmək;
  • Maya dəyərinin analizi və faktiki göstəricilərlə müqayisədə kənarlaşmaların müəyyən edilməsi;
  • Malların giriş-çıxış sənədlərinin (qaimələr, sifariş formaları, qalıq aktları və s.) düzgün tərtibinə və maliyyə sistemində tam əks olunmasına nəzarət etmək;
  • Anbar xərclərinin (logistika, saxlama, itki və s.) izlənməsi və aylıq hesabatlarının hazırlanması;
  • Qəfil yoxlamalar zamanı rəhbərliyə dəqiq və aktual məlumat təqdim etmək;
  • İdxal olunan məhsullar üzrə bütün gömrük bəyannamələrinin düzgünlüyünü yoxlamaq və təsdiq etmək;
  • Gömrük rəsmiləşdirilməsi zamanı aksiz markalarının, aksiz vergilərinin və əlavə dəyər vergisinin (ƏDV) düzgün hesablanmasını və ödənilməsini təmin etmək;
  • Gömrük brokeri və logistika tərəfdaşları ilə əməkdaşlığı idarə etmək, təqdim edilən sənədlərin qanunvericiliyə uyğunluğunu izləmək;
  • Gömrük bəyannamələrində göstərilən mal kodlarının (HS kodları) düzgünlüyünü yoxlamaq və risklərin qarşısını almaq;
  • Gömrük orqanları ilə yazışmalar və yoxlamalar zamanı şirkəti maliyyə-hüquqi baxımdan təmsil etmək, tələb olunan sənədlərin vaxtında təqdim olunmasını təşkil etmək;                                                                                                                    
  • Gömrük əməliyyatları və idxal sənədlərinin (bəyannamə, invoice, packing list, sertifikatlar və s.) maliyyə sisteminə düzgün və vaxtında daxil edilməsini təmin etmək;                                 
  • İdxal proseslərində təxirəsalınmaz ödənişlər (dövlət rüsumları, gömrük ödənişləri, aksizlər və s.) üçün maliyyə vəsaitlərinin əvvəlcədən planlaşdırılmasına nəzarət etmək;                  
  • Gömrük qanunvericiliyində dəyişiklikləri izləmək və rəhbərliyi yeni risklər və tələblər barədə vaxtında məlumatlandırmaq.
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının (DSMf, Statistika, Vergilər, ÖMV və digər rəsmi orqanlara təqdim edilən hesabatlar) hazırlanması və qanunvericiliyə uyğun şəkildə təqdim olunmasını təmin etmək;
  • Vergi Məcəlləsinə uyğun olaraq ƏDV, mənfəət vergisi, gəlir vergisi və digər ödənişlərin düzgün hesablanmasına və vaxtında ödənilməsinə nəzarət etmək;
  • Mühasibat uçotu sənədlərinin qanunvericilik və daxili siyasətlərə uyğun aparılmasını təmin etmək, audit yoxlamaları zamanı zəruri məlumatları təqdim etmək;
  • Rüblük və illik bağlanış proseslərini idarə etmək, balans və mənfəət-zərər hesabatlarının hazırlanmasını təmin etmək;
  • DSMF və ÖMV üzrə bütün əməliyyatların (əməkhaqqı, məzuniyyət, müavinət və s.) düzgün uçotunun aparılmasına nəzarət etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər (F3);      
  • Potensial investisiya imkanları üzrə maliyyə-iqtisadi vəziyyətin təhlilinin aparılması   bacarığı;
  • Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqda dərin və ətraflı anlayış;
  • Yüksək səviyyəli analitik bacarıqlar və strateji məlumatlılıq;
  • Analitik düşünmə bacarığı;
  • Problem həll etmə bacarığı;
  • Detallara diqqət etmə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali (İqtisadiyyat, maliyyə və ya biznesin idarə olunması sahəsində);
  • İş təcrübəsi: Mühasibatlıq və yaxud maliyyə sahəsində min. 1 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan və rus dili mükəmməl, ingilis dili üstünlükdür;
  • Kompüter bilikləri: MS Office proqramlarından (yüksək səviyyədə Excel) istifadə etmək bacarığı.

İş şərtlərimiz:

  • İş qrafiki 5 gün
  • İş saatı: 09:00-18:00

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Karyera yüksəlişi imkanı;  
  • İşdə stabillik və uzunmüddətli əməkdaşlıq; 
  • Etibarlı və şəffaf iş mühiti.

Ünvan - Aşıq Molla Cümə küçəsi 46 D

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş Mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily54
  • Weekly334
  • Monthly341