Şirkətimizə sürücülüklə yanaşı, gündəlik xırda təmir və təsərrüfat işlərini bacaran, məsuliyyətli və işgüzar əməkdaş axtarılır.
Tələblər:
- Yaş: 45–55 arası
- Minimum 8 il sürücülük təcrübəsi
- Bakı şəhərini və yollarını yaxşı tanımalı
- Səliqəli, dürüst, məsuliyyətli və punktual olmalı
- Əlindən xırda təmir və təsərrüfat işləri gəlməli
Görəcəyi işlər:
- Şirkətin gündəlik sürücülük tapşırıqlarını yerinə yetirmək
- Lazım olduqda alış-veriş və materialların daşınmasını təmin etmək
- Lampa, kran, şlanq və digər sadə avadanlıqları dəyişmək
- Xırda santexnika və elektrik işlərini təhlükəsizlik qaydalarına uyğun yerinə yetirmək
- Ofis və obyektlərdə gündəlik təsərrüfat işlərinə kömək etmək
Bizə yalnız sürücü yox, həm də əli iş tutan, texniki işlərdən başı çıxan, etibarlı və işdən çəkinməyən əməkdaş lazımdır.
İş yeri: Bakı şəhəri
Əməkhaqqı: Müsahibə zamanı razılaşdırılır.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Uyğun namizədlər zəng edə və ya link vasitəsilə məlumat göndərə bilərlər.