Alliance Facility Management komandamıza avadanlıq və materialların daşınması, obyektlərdə texniki işlərə dəstək, alət və avadanlıqların istifadəyə hazırlanması üzrə çalışacaq Texniki işçi axtarır.
Tələblər
- Əsas öhdəliklərə şirkət avtomobilini təhlükəsiz idarə etmək, avadanlıqların sazlığına nəzarət etmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək daxildir.
- Namizəd 45 yaşadək, hərbi xidmət keçmiş, B və C kateqoriyalı sürücülük vəsiqəsinə və minimum 10 il sürücülük stajına malik olmalıdır.
- İntizamlı, məsuliyyətli, komanda ilə işləməyi bacaran və təhlükəsizlik qaydalarına riayət edən namizədlər axtarılır; ali təhsili və xarici dil biliyi olanlara üstünlük verilir.
Müraciət etmək üçün 050 788 88 25 nömrəsinə zəng edə və ya WhatsApp vasitəsilə CV-nizi göndərə bilərsiniz.