Alliance Real Estate İnvestment Azerbaijan MMC Alliance Real Estate İnvestment Azerbaijan MMC

Alliance Real Estate İnvestment Azerbaijan MMC

Biznes

Əməliyyatlar üzrə Direktor (Operations Director)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əməliyyatlar üzrə Direktor (Operations Director)

  • Deadline 19 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkət haqqında məlumat "Azərbaycan Daşınmaz Əmlak İnvestisiyası" Şirkəti Azərbaycanın daşınmaz əmlak bazarında aparıcı şirkətlərdən biridir, yüksək dəyərli və eksklüziv əmlakların satışında ixtisaslaşmış, beynəlxalq investorlar üçün etibarlı, peşəkar və qlobal standartlaşdırılmış həllər təqdim edir.

Şirkətimiz ölkənin daşınmaz əmlak sektorunda ən geniş portfelyolardan birinə malik olaraq, həm yerli, həm də xarici investorlar üçün müxtəlif seqmentlərdə yüksək gəlir və dayanıqlılıq təmin edən investisiya imkanları yaradır. Biz müştərilərimizə sadəcə daşınmaz əmlak təklif etmirik — hüquqi təhlükəsizlik, maliyyə şəffaflığı və uzunmüddətli dəyər əsasında hərtərəfli və fərdiləşdirilmiş həllər təqdim edirik.

Sizin Əsas Öhdəlikləriniz:

  • Strateji Bazara Çıxış: İri və orta həcmli investisiya layıhələrinin beynəlxalq bazarlarda mövqeləndirilməsini və çıxışını təmin etmək.
  • Bazar Analitikası: Daşınmaz əmlak, biznes və investisiya mühitinin qlobal trendlərini izləmək, dərin analizlər və monitorinqlər aparmaq.
  • İnvestorlarla İş: Beynəlxalq investorlarla strateji əlaqələr qurmaq, investisiya sifarişlərini qəbul etmək və danışıqlar prosesini idarə etmək.
  • Təkliflərin Hazırlanması: İnvestorlar üçün yüksək səviyyəli analitik təkliflərin hazırlanması, strukturlaşdırılması və təqdimatının həyata keçirilməsi.
  • Komanda Liderliyi: Şirkətin müvafiq departament və heyətinin idarə olunması, iş proseslərinin optimallaşdırılması.

Namizədə dair Tələblər:

  • Təhsil: Ali təhsil (Beynəlxalq münasibətlər, İqtisadiyyat, Sosiologiya, Diplomatiya və ya müvafiq sahələr).
  • Təcrübə: Beynəlxalq layihələrdə və ya investisiya sahəsində rəhbər vəzifə təcrübəsi (üstünlükdür).
  • Yaş Həddi: 30+ yaş.
  • Yaradıcı və Analitik Bacarıqlar: Diplomatik və işgüzar danışıqlar aparmaq, inandırmaq və etibar qazanmaq qabiliyyəti.
  • Liderlik: Güclü təşkilatçılıq və komanda idarəetmə bacarığı.

Dil Bilikləri:

  • İngilis dili: Mükəmməl yazılı və şifahi ünsiyyət səviyyəsi.
  • Ərəb dili (və ya digər xarici dillər): Bilməsi böyük üstünlükdür.

Biz Nə Təklif Edirik?

  • Karyera Perspektivi: Yeni fəaliyyətə başlayan, lakin sürətlə böyüyən şirkətin əsas simalarından biri olmaq imkanı.
  • Yüksək Qazanc: Əmək haqqı ilə yanaşı, bacarıq və təşəbbüskarlıq əsasında formalaşan yüksək bonuslar.
  • Qlobal Təcrübə: Dünyanın nəhəng investisiya mərkəzlərində təcrübə toplamaq və xarici ezamiyyətlərdə iştirak imkanı.
  • Peşəkar Mühit: Beynəlxalq standartlara uyğun iş mühiti və geniş əlaqələr şəbəkəsi.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly475
  • Monthly1605