Satış meneceri

  • Истекает 3 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Turizm məhsullarının (turlar, aviabiletlər, otellər, transferlər və s.) müştərilərə təqdim edilməsi və satışı.
  • Müştərilərə tur paketləri barədə məsləhət verilməsi və onların tələbatına uyğun təkliflərin hazırlanması.
  • Satış planının yerinə yetirilməsi və yeni müştərilərin cəlb edilməsi.
  • Mövcud müştərilərlə əlaqələrin saxlanılması və satışdan sonrakı xidmətin göstərilməsi.
  • Rezervasiya sistemlərində sifarişlərin yaradılması və izlənilməsi.

Tələblər:

  • Yaş həddi: 30-35 yaş (arzuolunandır)
  • Təhsil: Ali təhsil (arzuolunandır)
  • İş təcrübəsi: 1 ildən yuxarı;
  • Dil bilikləri: Azərbaycan dili - mükəmməl, Rus dili – əla; İngilis dili – əla;
  • Müvafiq proqram təminatı və axtarış sistemlərində yaxşı oriyentasiya;
  • Yüksək kommunikasiya, analitik düşünmə, məsuliyyətlilik və diqqətlilik.

Əmək şərtləri:

  • İş qrafiki: Tam ştat
  • İş günləri: Həftədə 5 gün (Bazar ertəsi – Cümə)
  • İş saatları: 09:00 – 18:00
  • Əlavə tələb: Səliqəli zahiri görünüş
  • İş yeri: Bakı, Nərimanov ray., Həsənoğlu küçəsi 4
  • Əmək haqqı: fiks və bonus hissəsindən forlmalaşacaq. (qarşılıqlı razılıq əsasında)

Hörmətli namizədlər, CV-lərinizi zəhmət olmazsa vəzifə adını məktubun mövzu hissəsinə qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

  • Daily1
  • Weekly103
  • Monthly120