Vəzifə öhdəlikləri:
- Turizm məhsullarının (turlar, aviabiletlər, otellər, transferlər və s.) müştərilərə təqdim edilməsi və satışı.
- Müştərilərə tur paketləri barədə məsləhət verilməsi və onların tələbatına uyğun təkliflərin hazırlanması.
- Satış planının yerinə yetirilməsi və yeni müştərilərin cəlb edilməsi.
- Mövcud müştərilərlə əlaqələrin saxlanılması və satışdan sonrakı xidmətin göstərilməsi.
- Rezervasiya sistemlərində sifarişlərin yaradılması və izlənilməsi.
Tələblər:
- Yaş həddi: 30-35 yaş (arzuolunandır)
- Təhsil: Ali təhsil (arzuolunandır)
- İş təcrübəsi: 1 ildən yuxarı;
- Dil bilikləri: Azərbaycan dili - mükəmməl, Rus dili – əla; İngilis dili – əla;
- Müvafiq proqram təminatı və axtarış sistemlərində yaxşı oriyentasiya;
- Yüksək kommunikasiya, analitik düşünmə, məsuliyyətlilik və diqqətlilik.
Əmək şərtləri:
- İş qrafiki: Tam ştat
- İş günləri: Həftədə 5 gün (Bazar ertəsi – Cümə)
- İş saatları: 09:00 – 18:00
- Əlavə tələb: Səliqəli zahiri görünüş
- İş yeri: Bakı, Nərimanov ray., Həsənoğlu küçəsi 4
- Əmək haqqı: fiks və bonus hissəsindən forlmalaşacaq. (qarşılıqlı razılıq əsasında)
Hörmətli namizədlər, CV-lərinizi zəhmət olmazsa vəzifə adını məktubun mövzu hissəsinə qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.