İşin təsviri:
- Havalandırma, isitmə və soyutma sistemləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək
- Sənaye təyinatlı və digər bina və obyektlərdə havalandırma, isitmə və soyutma sistemlərin quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq
- Qiymət təkliflərinin və heasbatlarının hazırlanması
- Layihə sənədlərinin texniki şərt və normalara uyğunluğunun yoxlanılması
- BOQ sənədinin tərtibi
- Avadanlıqların yükünün ( gücünün və ya məhsuldarlığının ) hesablanması və avadanlıqların seçilməsi , layihələrin hazırlanması , smetaların tərtibi və layihə nəzarətinin həyata keçirilməsi
- Obyektlərdə Sifarişçilərlə texniki məsələlərlə əlaqədar görüşlərin keçirilməsi və Sifarişçilərin istək və tələblərinə uyğun layihələrin hazırlanması , avadanlıqların seçimi
Namizədə tələblər :
- İxtisası üzrə ali təhsil;
- Sahə üzrə ən azı 3 il iş təcrübəsi.
- Azərbaycan dili ilə yanaşı, rus dilini bilmək arzuolunandır.;
- Kompüter bilikləri (MS Office, Autocad proqram təminatlarında sərbəst işləmə bacarığı);
- İşgüzar və məsuliyyətli olmalı.
İş qrafiki:
- İş rejimi: 6 günlük (09:00-17:00, şənbə qısa iş günü)
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “HVAC sistemləri üzrə sahə mühəndis” yazaraq elektron poçt ünvanına göndərilməsi xahiş olunur.