İşin təsviri
- Namizəd əməkhaqqı hesablamaları, iş vaxtının uçotu və müvafiq hesabatların hazırlanmasına cavabdeh olacaq. Təcrübəsinə və bacarığına güvənən namizədləri aramızda görməkdən məmnunluq duyarıq.
Vəzifə öhdəlikləri:
- Əməkhaqqı, bonus, mükafat və digər ödənişlərin vaxtında və düzgün hesablanması;
- İş vaxtının uçotu (tabellər), məzuniyyət, xəstəlik vərəqələri və məzuniyyətlərin əməkhaqqı sisteminə düzgün daxil edilməsi;
- Əmək müqavilələrinin şərtlərinə uyğun əməkhaqqı hesablamalarının aparılması;
- Vergi, DSMF, icbari tibbi sığorta və digər məcburi tutulmaların hesablanması və aidiyyəti qurumlara təqdim edilməsi;
- Əməkhaqqı üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması;
- Daxili və xarici auditlər zamanı tələb olunan məlumatların təqdim edilməsi;
- Əmək qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi.
Tələblər:
- Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Payroll və ya mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının əmək qanunvericiliyini yaxşı bilmək;
- Vergi və sosial ödənişlər üzrə biliklər;
- MS Excel (xüsusilə formullar) üzrə yaxşı biliklər;
- 1C (8.3) mühasibat proqramında sərbəst işləmə bacarığı;
- Məsuliyyətli, məxfi məlumatlarla işləmək bacarığı.
Şirkət nə təklif edir:
- Rəqabətə davamlı əmək haqqı və müavinətlər paketi
- Xarici ölkələrdə nümayəndəlikləri olan yerli şirkətdə iş təcrübəsi
- Şəxsi və peşəkar inkişaf imkanları
- Dinamik və böyüməkdə olan şirkətdə işləmək imkanı
- Digər üstünlüklər (sınaq müddətindən sonra fitness təminatı, özəl tibbi sığorta, korporativ mobil nömrə və s.)
İş yeri – Hyatt Regency Tower3
Maraqlanan namizədlərdən mövzu yerində vəzifə adını qeyd etməklə öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.