Komandamıza tikinti layihələrinin planlaşdırılması, icrası və idarə edilməsi üzrə peşəkar bilik və təcrübəyə malik Tikinti Meneceri axtarırıq. Dinamik və məsuliyyətli namizədləri aramızda görməkdən məmnun olarıq.
Vəzifə öhdəlikləri:
- Layihə komandasını idarə etmək və motivasiya etmək.
- Tikinti proseslərinin vaxtında tamamlanmasını təmin etmək üçün resursların səmərəli idarə olunması.
- Çertyojların oxunması və tikinti standartlarına uyğunluğun təmin edilməsi.
- Layihə üzrə maliyyə resurslarını izləmək və büdcəyə riayət etmək.
- Çətinliklərin qiymətləndirilməsi və effektiv həll yollarının tapılması.
- Müxtəlif tərəflərlə (dövlət qurumları, subpodratçılar) effektiv ünsiyyətin qurulması.
- Tikinti sahəsində təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək.
Tələblər:
- Mühəndislik və ya tikinti idarəetməsi üzrə bakalavr dərəcəsi;
- Sahə üzrə ən azı 5 il iş təcrübəsi;
- AutoCAD, Revit, MS Project proqramları ilə işləmə bacarığı;
- Orta səviyyə rus və ingilis dili biliyi;
- Güclü analitik düşüncə, qərar qəbuletmə və problem həll etmə bacarığı.
Şirkət nə təklif edir:
- Rəqabətə davamlı əmək haqqı və müavinətlər paketi;
- Xarici ölkələrdə nümayəndəlikləri olan yerli şirkətdə iş təcrübəsi;
- Şəxsi və peşəkar inkişaf imkanları;
Maraqlanan namizədlərdən mövzu yerində vəzifə adını qeyd etməklə öz CV-lərini qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur.
İş Yeri: Azərbaycan, Bakı şəhəri