Gömrük əməliyyatları və sənədləşmə sahəsində təcrübəsi olan, məsuliyyətli və peşəkar Deklarant axtarılır.
İş yeri: Bakı şəhəri, İzmir küçəsi, Hyatt Regency, Tower II
Əmək haqqı: 1100-1300 AZN
Əsas vəzifə öhdəlikləri:
- İdxal və ixrac əməliyyatları üzrə gömrük bəyannamələrinin hazırlanması və elektron qaydada rəsmiləşdirilməsi;
- Qısa idxal və tranzit gömrük bəyannamələrinin tərtib edilməsi;
- Sərbəst dövriyyəyə buraxılış bəyannamələrinin hazırlanması;
- Mal və nəqliyyat vasitələrinin gömrük orqanlarında bəyan edilməsi;
- İxrac, müvəqqəti saxlanc və beynəlxalq tranzit prosedurları üzrə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi;
- Müştərilərdən daxil olan sorğuların cavablandırılması və müvafiq qaydada yönləndirilməsi;
- Sorğuların aidiyyəti struktur bölmələri və əməkdaşlarla koordinasiyası;
- Gömrük sənədlərinin düzgünlüyünə və vaxtında hazırlanmasına nəzarət edilməsi.
Namizədə dair tələblər:
- Ali və ya peşə-ixtisas təhsili;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Gömrük orqanları və gömrük sənədləşməsi sahəsində təcrübə üstünlükdür;
- Azərbaycan dilini mükəmməl bilmək, rus və ingilis dili bilikləri arzuolunandır;
- MS Word, Excel və Outlook proqramları ilə işləmək bacarığı.
Peşəkar və şəxsi bacarıqlar:
- Azərbaycan Respublikasının gömrük qanunvericiliyi üzrə biliklər;
- Beynəlxalq tranzit prosedurları üzrə bilik və təcrübə;
- Güclü kommunikasiya və koordinasiya bacarıqları;
- Diqqətlilik, dəqiqlik və sənədlərlə işləmək bacarığı;
- Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.