Deklarant

  • Истекает 19 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Gömrük əməliyyatları və sənədləşmə sahəsində təcrübəsi olan, məsuliyyətli və peşəkar Deklarant axtarılır.

İş yeri: Bakı şəhəri, İzmir küçəsi, Hyatt Regency, Tower II

Əmək haqqı: 1100-1300 AZN

Əsas vəzifə öhdəlikləri:

  • İdxal və ixrac əməliyyatları üzrə gömrük bəyannamələrinin hazırlanması və elektron qaydada rəsmiləşdirilməsi;
  • Qısa idxal və tranzit gömrük bəyannamələrinin tərtib edilməsi;
  • Sərbəst dövriyyəyə buraxılış bəyannamələrinin hazırlanması;
  • Mal və nəqliyyat vasitələrinin gömrük orqanlarında bəyan edilməsi;
  • İxrac, müvəqqəti saxlanc və beynəlxalq tranzit prosedurları üzrə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi;
  • Müştərilərdən daxil olan sorğuların cavablandırılması və müvafiq qaydada yönləndirilməsi;
  • Sorğuların aidiyyəti struktur bölmələri və əməkdaşlarla koordinasiyası;
  • Gömrük sənədlərinin düzgünlüyünə və vaxtında hazırlanmasına nəzarət edilməsi.

Namizədə dair tələblər:

  • Ali və ya peşə-ixtisas təhsili;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Gömrük orqanları və gömrük sənədləşməsi sahəsində təcrübə üstünlükdür;
  • Azərbaycan dilini mükəmməl bilmək, rus və ingilis dili bilikləri arzuolunandır;
  • MS Word, Excel və Outlook proqramları ilə işləmək bacarığı.

Peşəkar və şəxsi bacarıqlar:

  • Azərbaycan Respublikasının gömrük qanunvericiliyi üzrə biliklər;
  • Beynəlxalq tranzit prosedurları üzrə bilik və təcrübə;
  • Güclü kommunikasiya və koordinasiya bacarıqları;
  • Diqqətlilik, dəqiqlik və sənədlərlə işləmək bacarığı;
  • Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily1
  • Weekly430
  • Monthly1360