Metallurgiya və istehsalat sahəsində fəaliyyət göstərən şirkətimiz peşəkar komandaya qoşulmaq üçün təcrübəli və məsuliyyətli Baş Mühasib axtarır.
Namizəd istehsalat mühitində maliyyə və mühasibat uçotunun idarə olunması, vergi hesabatlılığı və aylıq bağlanış proseslərinin koordinasiyası üzrə güclü təcrübəyə malik olmalıdır.
İş şəraiti:
- Ünvan: Sumqayıt şəhəri
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
- İş qrafiki: 5 günlük iş həftəsi
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Stabil iş mühiti və peşəkar inkişaf imkanı;
- Şirkət tərəfindən təmin olunan üstünlüklər: Servis xidməti və nahar təminatı
Vəzifə öhdəlikləri:
- Satış və alış qaimələrinin sistem üzrə düzgünlüyünün aylıq yoxlanılması;
- Xərc sənədlərinin məsrəf mərkəzlərinə düzgün işlənilməsinə nəzarət;
- Debitor və kreditor üzləşmələrinin yoxlanılması və təsdiqi;
- Sistemdə ay bağlanışına hazırlıq, son yoxlamaların aparılması, müxbir hesabların bağlanması və aylıq balansın hazırlanması;
- Aylıq, rüblük və illik vergi, statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim edilməsi;
- Mühasibat uçotu və maliyyə əməliyyatlarının qanunvericiliyə uyğun təşkilinə nəzarət;
- Daxili və xarici audit proseslərində iştirak və tələb olunan məlumatların təqdim edilməsi;
- Şöbə əməkdaşlarının iş prosesinin koordinasiyası və rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Namizədə dair tələblər:
- Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində ali təhsil;
- Baş mühasib və ya aparıcı mühasib vəzifəsində minimum 3-5 il iş təcrübəsi;
- İstehsalat/metallurgiya sahəsində təcrübə üstünlükdür;
- Vergi və əmək qanunvericiliyini yüksək səviyyədə bilmək;
- PMS sertifikatının olması mütləqdir;
- MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı;
- Logo və ya digər ERP/mühasibat proqramlarında işləmək təcrübəsi;
- Analitik düşüncə, yüksək məsuliyyət və idarəetmə bacarığı;
- Komandada işləmək və effektiv kommunikasiya qurmaq bacarığı.
Biz təklif edirik:
- Stabil və peşəkar iş mühiti;
- Karyera inkişafı və öyrənmə imkanları;
- İstehsalat sahəsində böyük həcmli əməliyyatlarla işləmək təcrübəsi;
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.