Almet-STP MMC Almet-STP MMC
  • 343

Baş Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş Mühasib

  • Deadline 29 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Sumqayıt şəhəri

Struktur bölmə: Maliyyə Departamenti / Mühasibatlıq şöbəsi

Vəzifə öhdəlikləri

  • Alış və satış qaimələrinin (xammal, ehtiyat hissələri, hazır məhsul) mühasibat uçotu sistemində düzgünlüyünün yoxlanılması və uçota alınması;
  • İstehsal, inzibati və kommersiya xərclərinin məsrəf yerləri üzrə düzgün təsnifatı və uçotunun aparılması;
  • Debitor və kreditor borclar üzrə üzləşmələrin hazırlanması, yoxlanılması və fərqlərin aradan qaldırılması;
  • Ay bağlanışına hazırlıq, müxbir hesabların bağlanması, aylıq dövriyyə-balans cədvəllərinin və balansın tərtib edilməsi;
  • Aylıq, rüblük və illik vergi bəyannamələrinin (ƏDV, mənfəət vergisi, gəlir vergisi və s.), statistika və digər rəsmi hesabatların qanunvericiliyə uyğun hazırlanması və təqdim edilməsi;
  • Anbar qalığı, istehsal həcmləri və məhsulun maya dəyəri üzrə hesabatların hazırlanmasında iştirak;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Namizədə tələblər

  • Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
  • İstehsal təcrübəsi mütləqdir;
  • İstehsal müəssisələrində (üstünlük metaləritmə və ya ağır sənaye sahəsində) minimum 2 il iş təcrübəsi;
  • AR Vergi Məcəlləsi, "Mühasibat uçotu haqqında" Qanun və digər normativ-hüquqi aktlar üzrə bilik;
  • 1C, Logo və ya analoji mühasibat proqramlarında işləmək bacarığı;
  • MS Office proqramlarında, xüsusilə MS Excel-də sərbəst işləmək bacarığı;
  • PMS (Peşəkar Mühasib Sertifikatı) – mütləqdir;
  • Analitik düşünmə, məsuliyyətlilik və işgüzar etika;
  • Məxfi məlumatlarla işləmək və kommersiya sirrini qorumaq bacarığı.

İş şəraiti

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
  • 5 günlük iş qrafiki;
  • Rəqabətədavamlı əməkhaqqı;
  • Peşəkar inkişaf və təlim imkanları.

Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily3
  • Weekly434
  • Monthly2701