İşin təsviri:
Komandamıza maliyyə və mühasibat uçotunun düzgün təşkilini və idarə olunmasını təmin edəcək Baş Mühasib axtarışındayıq. Təcrübəsinə və peşəkar bacarıqlarına güvənən namizədləri aramızda görməkdən məmnun olarıq.
Vəzifə öhdəlikləri:
- Maliyyə hesabatlarının dəqiqliyini və tamlığını təmin etmək
- Maliyyə təhlili aparmaq və şirkətin göstəricilərini qiymətləndirmək
- İllik büdcə və maliyyə proqnozlarının hazırlanmasında iştirak etmək
- Vergi qanunvericiliyinə uyğunluğu təmin etmək, vergi bəyannamələrinin hazırlanmasına nəzarət etmək
- Pul axınının idarə olunması və maliyyə əməliyyatlarının düzgün uçotunun aparılması
- Bank və baş kitab üzrə üzləşdirmələrin həyata keçirilməsi
- Əsas vəsaitlər və inventar uçotunun idarə edilməsi və yenilənməsi
- ƏDV və digər vergi hesablamalarının aparılması
- Outsource əmək haqqı məlumatlarına əsasən ödənişlərin icrası
- Kiçik mühasibat heyətinə rəhbərlik və nəzarət
- Maya dəyəri və gəlirlilik təhlillərinin aparılması
- Mühasibat dövrlərinin açılış və bağlanış əməliyyatlarının icrası
Tələblər:
- Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil
- Baş mühasib kimi minimum 3 il iş təcrübəsi (ticarət sahəsi üstünlükdür)
- Mühasibat uçotu və vergi qanunvericiliyini dərindən bilmək, dəyişiklikləri izləmək
- Vergi, Statistika və digər dövlət hesabatlarının hazırlanması və təqdim edilməsi
- Bank və kassa əməliyyatlarının düzgün uçotu
- 1C 8.3 proqramında sərbəst işləmək
- MS Excel daxil olmaqla MS Office bilikləri
- PMS sertifikatı (ACCA/DipIFR üstünlükdür)
- Güclü analitik düşüncə və problem həll etmə
- Dəqiqlik və detallara yüksək diqqət
- Stressə davamlılıq və operativ qərarvermə
Şirkət nə təklif edir:
- Rəqabətə davamlı əmək haqqı və müavinətlər paketi
- Xarici ölkələrdə nümayəndəlikləri olan yerli şirkətdə iş təcrübəsi
- Şəxsi və peşəkar inkişaf imkanları
- Dinamik və böyüməkdə olan şirkətdə işləmək imkanı
- Prestijli, şəhər mərkəzində yerləşən ofis mühiti
- Doğum günü bonusları (sınaq müddətindən sonra)
- Özəl tibbi sığorta (sınaq müddətindən sonra)
- Fitness təminatı (sınaq müddətindən sonra)
- Korporativ mobil nömrə və digər üstünlüklər
Maraqlanan namizədlərdən mövzu yerində vəzifə adını qeyd etməklə öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
İş yeri: Hyatt Regency Tower3