Almet Trading Almet Trading
  • 396

Almet Trading

Business

Baş mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühasib

  • Deadline 24 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşin təsviri:

Komandamıza maliyyə və mühasibat uçotunun düzgün təşkilini və idarə olunmasını təmin edəcək Baş Mühasib axtarışındayıq. Təcrübəsinə və peşəkar bacarıqlarına güvənən namizədləri aramızda görməkdən məmnun olarıq.

Vəzifə öhdəlikləri:

  • Maliyyə hesabatlarının dəqiqliyini və tamlığını təmin etmək 
  • Maliyyə təhlili aparmaq və şirkətin göstəricilərini qiymətləndirmək 
  • İllik büdcə və maliyyə proqnozlarının hazırlanmasında iştirak etmək 
  • Vergi qanunvericiliyinə uyğunluğu təmin etmək, vergi bəyannamələrinin hazırlanmasına nəzarət etmək 
  • Pul axınının idarə olunması və maliyyə əməliyyatlarının düzgün uçotunun aparılması 
  • Bank və baş kitab üzrə üzləşdirmələrin həyata keçirilməsi 
  • Əsas vəsaitlər və inventar uçotunun idarə edilməsi və yenilənməsi 
  • ƏDV və digər vergi hesablamalarının aparılması 
  • Outsource əmək haqqı məlumatlarına əsasən ödənişlərin icrası 
  • Kiçik mühasibat heyətinə rəhbərlik və nəzarət 
  • Maya dəyəri və gəlirlilik təhlillərinin aparılması 
  • Mühasibat dövrlərinin açılış və bağlanış əməliyyatlarının icrası

Tələblər:

  • Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil 
  • Baş mühasib kimi minimum 3 il iş təcrübəsi (ticarət sahəsi üstünlükdür) 
  • Mühasibat uçotu və vergi qanunvericiliyini dərindən bilmək, dəyişiklikləri izləmək 
  • Vergi, Statistika və digər dövlət hesabatlarının hazırlanması və təqdim edilməsi 
  • Bank və kassa əməliyyatlarının düzgün uçotu 
  • 1C 8.3 proqramında sərbəst işləmək 
  • MS Excel daxil olmaqla MS Office bilikləri 
  • PMS sertifikatı (ACCA/DipIFR üstünlükdür)
  • Güclü analitik düşüncə və problem həll etmə 
  • Dəqiqlik və detallara yüksək diqqət
  • Stressə davamlılıq və operativ qərarvermə

Şirkət nə təklif edir:

  • Rəqabətə davamlı əmək haqqı və müavinətlər paketi 
  • Xarici ölkələrdə nümayəndəlikləri olan yerli şirkətdə iş təcrübəsi 
  • Şəxsi və peşəkar inkişaf imkanları 
  • Dinamik və böyüməkdə olan şirkətdə işləmək imkanı 
  • Prestijli, şəhər mərkəzində yerləşən ofis mühiti 
  • Doğum günü bonusları (sınaq müddətindən sonra)
  • Özəl tibbi sığorta (sınaq müddətindən sonra) 
  • Fitness təminatı (sınaq müddətindən sonra) 
  • Korporativ mobil nömrə və digər üstünlüklər 

Maraqlanan namizədlərdən mövzu yerində vəzifə adını qeyd etməklə öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

İş yeri: Hyatt Regency Tower3 

  • Daily0
  • Weekly602
  • Monthly2311