İş şəraiti:
- Ünvan: Sumqayıt şəhəri
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
- İş qrafiki: 5 günlük iş həftəsi
- Şirkət tərəfindən təmin olunan üstünlüklər: Servis xidməti və nahar təminatı
Vəzifə öhdəlikləri:
- Müqavilələrin, sazişlərin və daxili hüquqi sənədlərin hazırlanması, nəzərdən keçirilməsi və müvafiq düzəlişlərin edilməsi;
- Korporativ sənədlər və əməliyyatlar üzrə hüquqi yoxlamaların aparılması;
- Qanunvericilik və tənzimləyici dəyişikliklərin mütəmadi izlənilməsi;
- Hüquqi sənədlərin və iş fayllarının sistemli şəkildə təşkili, saxlanılması və arxivləşdirilməsi;
- Korporativ qeydlərin aparılması, idarə heyəti və səhmdar qətnamələrinin hazırlanması;
- Şirkətin dövlət orqanlarında, məhkəmələrdə və icra qurumlarında təmsil olunması;
- Əmək hüququ, korporativ idarəetmə və digər sahəvi tənzimləmələrə uyğunluğun təmin edilməsi məqsədilə müxtəlif şöbələrlə əməkdaşlıq;
- Biznes fəaliyyətləri üçün tələb olunan icazə və lisenziyaların alınmasında, həmçinin müvafiq dövlət orqanlarına müraciətlərin hazırlanmasında dəstək göstərilməsi;
- İdarə heyəti qərarları, iclas protokolları və digər tənzimləyici sənədlərin hazırlanması və təqdim edilməsində iştirak.
Tələblər:
- Hüquq üzrə ali təhsil;
- Korporativ hüquq sahəsində minimum 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının mülki, vergi, gömrük, inzibati xətalar məcəllələri, həmçinin əmək, mülki-prosessual, kommersiya, miqrasiya və digər sahəvi qanunvericilik üzrə biliklər;
- Hüquqi sənədlərin hazırlanması bacarığı;
- Akademik hüquqi yazı və hüquqi konsepsiyaları qeyri-hüquqşünaslara izah etmə bacarığı;
- Hüquqi risklərin qiymətləndirilməsi və analitik düşünmə qabiliyyəti;
Namizədin şəxsi keyfiyyətləri:
- Dəyişən prioritetlərə və iş şəraitinə uyğunlaşma bacarığı.
- Ciddi iş prinsipiallığı və hesabatlığın verilməsi;
- İşin planlaşdırılması bacarığı;
- İşgüzar və hüquqi yazışma bacarığı;
- Fəal olması və komandada işləmək bacarığı.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.