Hüquqşünas

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hüquqşünas

  • Deadline 21 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti:

  • Ünvan: Sumqayıt şəhəri
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
  • İş qrafiki: 5 günlük iş həftəsi
  • Şirkət tərəfindən təmin olunan üstünlüklər: Servis xidməti və nahar təminatı

Vəzifə öhdəlikləri:

  • Müqavilələrin, sazişlərin və daxili hüquqi sənədlərin hazırlanması, nəzərdən keçirilməsi və müvafiq düzəlişlərin edilməsi;
  • Korporativ sənədlər və əməliyyatlar üzrə hüquqi yoxlamaların aparılması;
  • Qanunvericilik və tənzimləyici dəyişikliklərin mütəmadi izlənilməsi;
  • Hüquqi sənədlərin və iş fayllarının sistemli şəkildə təşkili, saxlanılması və arxivləşdirilməsi;
  • Korporativ qeydlərin aparılması, idarə heyəti və səhmdar qətnamələrinin hazırlanması;
  • Şirkətin dövlət orqanlarında, məhkəmələrdə və icra qurumlarında təmsil olunması;
  • Əmək hüququ, korporativ idarəetmə və digər sahəvi tənzimləmələrə uyğunluğun təmin edilməsi məqsədilə müxtəlif şöbələrlə əməkdaşlıq;
  • Biznes fəaliyyətləri üçün tələb olunan icazə və lisenziyaların alınmasında, həmçinin müvafiq dövlət orqanlarına müraciətlərin hazırlanmasında dəstək göstərilməsi;
  • İdarə heyəti qərarları, iclas protokolları və digər tənzimləyici sənədlərin hazırlanması və təqdim edilməsində iştirak.

Tələblər:

  • Hüquq üzrə ali təhsil;
  • Korporativ hüquq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının mülki, vergi, gömrük, inzibati xətalar məcəllələri, həmçinin əmək, mülki-prosessual, kommersiya, miqrasiya və digər sahəvi qanunvericilik üzrə biliklər;
  • Hüquqi sənədlərin hazırlanması bacarığı;
  • Akademik hüquqi yazı və hüquqi konsepsiyaları qeyri-hüquqşünaslara izah etmə bacarığı;
  • Hüquqi risklərin qiymətləndirilməsi və analitik düşünmə qabiliyyəti;

Namizədin şəxsi keyfiyyətləri:

  • Dəyişən prioritetlərə və iş şəraitinə uyğunlaşma bacarığı.
  • Ciddi iş prinsipiallığı və hesabatlığın verilməsi;
  • İşin planlaşdırılması bacarığı;
  • İşgüzar və hüquqi yazışma bacarığı;
  • Fəal olması və komandada işləmək bacarığı.

Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly580
  • Monthly2289