A Almir Trading Company MMC
  • 252

Almir Trading Company MMC

Ticarət şirkətləri və distribyutorlar

B2B Satış üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

B2B Satış üzrə Mütəxəssis

  • Deadline 16 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifənin əsas məqsədləri:

  • Salon tərəfdaş şəbəkəsini genişləndirmək
  • Professional və retail məhsulların satışını artırmaq
  • Nashi Argan və Tokio Inkarami brendlərini premium professional brend kimi mövqeləndirmək
  • Salonların xidmət gəlirlərini artırmağa kömək etmək
  • Brend standartlarını qorumaq

Əsas vəzifələr:

Satışın inkişafı

  • Yeni salon tərəfdaşlarının tapılması
  • Gündə 5–7 salon və ya agentlə görüşlərin keçirilməsi
  • Professional və retail məhsul paketlərinin təqdimatı
  • Brendin üstünlüklərinin və məhsul tərkibinin izahı
  • Satışların bağlanması və sifarişlərin hazırlanması
  • Aylıq və illik satış planlarının yerinə yetirilməsi
  • Maksimum 30 gün kredit xəttinin təqdim edilməsi

Müştəri münasibətlərinin idarə olunması

  • Salon sahibləri və direktorları ilə uzunmüddətli əməkdaşlıq
  • Məhsul istifadəsi və prosedur protokolları üzrə konsultasiya
  • Salonlarda retail satışların inkişafına dəstək
  • Yüksək müştəri məmnuniyyətinin təmin edilməsi

Salon ziyarətləri və bazar analizi

  • Salonlara müntəzəm ziyarətlər
  • Salon haqqında məlumat toplamaq:
  • salon sahəsi
  • stilistlərin sayı
  • yuma yerlərinin sayı
  • istifadə olunan brendlər
  • Rəqib brendlərin analizi
  • Rəhbərliyə bazar məlumatlarının təqdim edilməsi

Təlim və master-klasslar

  • Təlim və master-klassların təşkili
  • Salon ustalarının təlimlərə dəvət edilməsi
  • Təlim üçün məhsul və avadanlıq siyahısının hazırlanması
  • Brend texnoloqları ilə koordinasiya

Marketinq və brend təqdimatı

  • Salonlarda məhsulların düzgün vizual yerləşdirilməsinə nəzarət
  • SMM komandası ilə çəkilişlərin koordinasiyası
  • Yeni məhsulların və kampaniyaların təqdimatı
  • Marketinq fəaliyyətlərində iştirak

Anbar və sifarişlərin idarə olunması

  • Salonlarda məhsul qalıqlarının yoxlanılması
  • Sifarişlərin hazırlanması və anbara göndərilməsi
  • Aylıq inventarizasiyada iştirak
  • Məhsulların vaxtında çatdırılmasına nəzarət

Hesabat və administrativ işlər

  • Gündəlik, həftəlik və aylıq satış hesabatlarının hazırlanması
  • Salon məlumat bazasının aparılması
  • Excel və PowerPoint təqdimatlarının hazırlanması
  • Mühasibatlıqla hesab-fakturaların koordinasiyası

KPI (əsas performans göstəriciləri)

  • Həftəlik salon ziyarətlərinin sayı
  • Yeni salon tərəfdaşlarının sayı
  • Aylıq satış dövriyyəsi
  • Retail satışların artımı
  • Təlimlərin sayı
  • Ödənişlərin toplanması

Tələblər:

  • Gözəllik sənayesində və ya B2B satışda təcrübə
  • Güclü danışıqlar bacarığı
  • Yaxşı təqdimat bacarığı
  • Müstəqil işləmə bacarığı
  • Excel və PowerPoint bilikləri
  • Rus və Azərbaycan dillərini bilmək mütləqdir.
  • Kişi namizəd
  • Yaş həddi: 25-35 (hərbi mükəlləfiyyəti olmayan)

Şəxsi keyfiyyətlər:

  • Güclü kommunikasiya bacarığı
  • Nəticəyönümlülük
  • Yüksək təşkilatçılıq
  • Peşəkar təqdimat bacarığı
  • Gözəllik sənayesinə maraq

Karyera inkişafı:

Uğurlu nəticələr göstərən əməkdaşlar aşağıdakı vəzifələrə yüksələ bilər:

  • Sales Manager

Namizədə tələblər:

  • Əmək haqqı: 700 AZN (net) və müştəri ödənişlərindən 5%

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily119
  • Weekly119
  • Monthly1249