Vəzifənin əsas məqsədləri:
- Salon tərəfdaş şəbəkəsini genişləndirmək
- Professional və retail məhsulların satışını artırmaq
- Nashi Argan və Tokio Inkarami brendlərini premium professional brend kimi mövqeləndirmək
- Salonların xidmət gəlirlərini artırmağa kömək etmək
- Brend standartlarını qorumaq
Əsas vəzifələr:
Satışın inkişafı
- Yeni salon tərəfdaşlarının tapılması
- Gündə 5–7 salon və ya agentlə görüşlərin keçirilməsi
- Professional və retail məhsul paketlərinin təqdimatı
- Brendin üstünlüklərinin və məhsul tərkibinin izahı
- Satışların bağlanması və sifarişlərin hazırlanması
- Aylıq və illik satış planlarının yerinə yetirilməsi
- Maksimum 30 gün kredit xəttinin təqdim edilməsi
Müştəri münasibətlərinin idarə olunması
- Salon sahibləri və direktorları ilə uzunmüddətli əməkdaşlıq
- Məhsul istifadəsi və prosedur protokolları üzrə konsultasiya
- Salonlarda retail satışların inkişafına dəstək
- Yüksək müştəri məmnuniyyətinin təmin edilməsi
Salon ziyarətləri və bazar analizi
- Salonlara müntəzəm ziyarətlər
- Salon haqqında məlumat toplamaq:
- salon sahəsi
- stilistlərin sayı
- yuma yerlərinin sayı
- istifadə olunan brendlər
- Rəqib brendlərin analizi
- Rəhbərliyə bazar məlumatlarının təqdim edilməsi
Təlim və master-klasslar
- Təlim və master-klassların təşkili
- Salon ustalarının təlimlərə dəvət edilməsi
- Təlim üçün məhsul və avadanlıq siyahısının hazırlanması
- Brend texnoloqları ilə koordinasiya
Marketinq və brend təqdimatı
- Salonlarda məhsulların düzgün vizual yerləşdirilməsinə nəzarət
- SMM komandası ilə çəkilişlərin koordinasiyası
- Yeni məhsulların və kampaniyaların təqdimatı
- Marketinq fəaliyyətlərində iştirak
Anbar və sifarişlərin idarə olunması
- Salonlarda məhsul qalıqlarının yoxlanılması
- Sifarişlərin hazırlanması və anbara göndərilməsi
- Aylıq inventarizasiyada iştirak
- Məhsulların vaxtında çatdırılmasına nəzarət
Hesabat və administrativ işlər
- Gündəlik, həftəlik və aylıq satış hesabatlarının hazırlanması
- Salon məlumat bazasının aparılması
- Excel və PowerPoint təqdimatlarının hazırlanması
- Mühasibatlıqla hesab-fakturaların koordinasiyası
KPI (əsas performans göstəriciləri)
- Həftəlik salon ziyarətlərinin sayı
- Yeni salon tərəfdaşlarının sayı
- Aylıq satış dövriyyəsi
- Retail satışların artımı
- Təlimlərin sayı
- Ödənişlərin toplanması
Tələblər:
- Gözəllik sənayesində və ya B2B satışda təcrübə
- Güclü danışıqlar bacarığı
- Yaxşı təqdimat bacarığı
- Müstəqil işləmə bacarığı
- Excel və PowerPoint bilikləri
- Rus və Azərbaycan dillərini bilmək mütləqdir.
- Kişi namizəd
- Yaş həddi: 25-35 (hərbi mükəlləfiyyəti olmayan)
Şəxsi keyfiyyətlər:
- Güclü kommunikasiya bacarığı
- Nəticəyönümlülük
- Yüksək təşkilatçılıq
- Peşəkar təqdimat bacarığı
- Gözəllik sənayesinə maraq
Karyera inkişafı:
Uğurlu nəticələr göstərən əməkdaşlar aşağıdakı vəzifələrə yüksələ bilər:
- Sales Manager
Namizədə tələblər:
- Əmək haqqı: 700 AZN (net) və müştəri ödənişlərindən 5%
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.