Almond Cake and Bakery Almond Cake and Bakery
  • 823
Almond Cake and Bakery

Almond Cake and Bakery

Ərzaq məhsulların istehsalı

Daxili nəzarət üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Daxili nəzarət üzrə mütəxəssis

  • Deadline 27 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • İstehsalatdan mağazalara daxil olan məhsulların qəbulunu izləmək və dəqiqliyini yoxlamaq.
  • Satış prosesinə nəzarət etmək, bütün satışların düzgün uçotda əks olunmasını təmin etmək.
  • Satılmayan və qalıq məhsulların vaxtında istehsalata (vozvrata) qaytarılmasına nəzarət etmək.
  • Məhsul hərəkətlərinin (istehsalatdan çıxış, mağaza qəbulu, satış, geri qaytarma) 1C proqramında düzgün və şəffaf şəkildə aparılmasını təmin etmək.
  • Uçotda və faktiki qalıqlarda uyğunsuzluq olduqda dərhal rəhbərliyə məlumat vermək.
  • Məhsul dövriyyəsi ilə bağlı gündəlik/aylıq hesabatlar hazırlamaq və təqdim etmək.
  • Nəzarət prosesində daxili qaydaların pozulmamasına, məsuliyyətin bölüşdürülməsinə və şəffaflığın təmin olunmasına cavabdeh olmaq.

Namizədə tələblər:

  • Ali təhsil (müvafiq sahə üzrə);
  • İş təcrübəsi: 2 ildən yuxarı;
  • Yaş həddi: 25-45;
  • Yaxşı səviyyədə komputer bacarıqları (MS Office, xüsusilə Excel və Word) 
  • 1C-də işləmə bacarığı;
  • Riyazi analitik biliklər;
  • Azərbaycan dilində sərbəst şəkildə danışıq bacarığı;
  • Danışıqlar aparmaq və yüksək ünsiyyət bacarıqlarına malik olmaq;
  • Verilən tapşırıqları və alışları müəyyən edilən vaxt ərzində yerinə yetirmək qabiliyyəti və komanda şəklində işləmək bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

İş şəraiti:

  • İş qrafiki: 08:00-18:00  (6 günlük iş rejimi) 
  • Əməkhaqqı danışıq əsasında 
  • Nahar şirkət tərəfindən verilir

Göstərilən tələblərə cavab verən şəxslərin “Daxili nəzarət üzrə mütəxəssis” başlığı qeyd edərək CV-lərini Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərmələri xahiş olunur.

  • Daily143
  • Weekly351
  • Monthly351