İşin təsviri:
- İstehsal olunan və mağazalara göndərmək üçün satış anbarına verilən məhsulların qeydiyyatının aparılması və nəzarətin təşkil edilməsi;
- Gün ərzində mağazalara göndərilən məhsulların və mağazalardan məhsul təhvil alınan zaman qaimənin düzgünlüyünün yoxlanılması və exceldə işlənilməsi;
- Hər gün mağazalardakı stokun yoxlanılması, yeni gələn məhsulların və satışların işlənilməsi;
- Geri göndərilən (vozvrat) məhsullara nəzarətin təşkil edulməsi və müvafiq cədvələ işlənilməsi;
- Mağazaların özündə istehsal olunan məhsulların qeydiyyatının aparılması və satış-vozvrat prosesinə nəzarətin təşkil edilməsi;
- Mağazalardan göndərilən xammala və mağazalarda istehsal prosesində istifadə olunan xammala nəzarətin təşkil edilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə);
- İş təcrübəsi: 2 ildən yuxarı;
- Yaş həddi: 23-40;
- Yaxşı səviyyədə komputer bacarıqları (MS Office, xüsusilə Excel və Word)
- 1C-də işləmə bacarığı;
- Riyazi analitik biliklər;
- Azərbaycan dilində sərbəst şəkildə danışıq bacarığı;
- Danışıqlar aparmaq və yüksək ünsiyyət bacarıqlarına malik olmaq;
- Verilən tapşırıqları və alışları müəyyən edilən vaxt ərzində yerinə yetirmək qabiliyyəti və komanda şəklində işləmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
İş şəraiti:
- İş qrafiki: 08:00-18:00 (6 günlük iş rejimi)
- Əməkhaqqı: 600-800 AZN
- Nahar şirkət tərəfindən verilir
Göstərilən tələblərə cavab verən şəxslərin “Daxili nəzarət üzrə mütəxəssis” başlığı qeyd edərək CV-lərini e-mail ünvanına göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi: 0102329258