Alo Estate - Əhmədli filialına - Əmlak Məsləhətçisi (Real Estate Agent) vakansiyası üzrə əməkdaşlar axtarırıq!
İş barədə məlumat
- Fiks maaş yoxdur, amma qazancına limit də yoxdur. (satışdan faizdir)
- Əgər “nə qədər işləsəm, o qədər qazanım” prinsipi sənə uyğundursa, oxumağa davam et.
- Daşınmaz əmlak sahəsində təcrübə vacib deyil — əsas olan satış instinkti və insanlarla işləmə bacarığıdır. Qalanını biz sənə öyrədəcəyik.
İş şərtləri:
- İş saatı: 10:00 dan–19:00 dək
- Bazar günü istirahət
- Maaş yoxdur — hər satışdan yüksək faiz
- Qazancın sənin performansından asılıdır (limit yoxdur)
Kimləri axtarırıq:
- Xanım və bəy namizədlər
- 20–35 yaş arası
- Satışa maraqlı və nəticəyə fokuslanan
- Ünsiyyətcil və enerjili
- Əsas komputer bilikləri olan
- Təcrübə vacib deyil — sıfırdan öyrədilir.
Bu iş sənə nə verəcək:
- Sıfırdan real satış təcrübəsi
- Praktiki təlim və gündəlik dəstək
- Öz gəlirini özün qurmaq imkanı
- Aktiv və rəqabətli mühit
Öhdəliklər
- Müştərilərlə ünsiyyət qurmaq və ehtiyaclarını anlamaq
- Uyğun əmlakları təqdim etmək və görüşləri təşkil etmək
- Satışı bağlamaq və prosesə nəzarət etmək
- Gününü aktiv və məhsuldar keçirmək.
Əgər “iş olsun” deyə yox, “qazanc olsun” deyə iş axtarırsansa — bu yer sənin üçündür.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.