Struktur: Texniki işlər şöbəsi
İş yeri: Alov Qüllələri - Flame Residence premium yaşayış kompleksi
Vəzifə haqqında:
Flame Residence premium yaşayış kompleksində mühəndis-texniki işləri idarə edəcək və mexanik, elektrik və santexnik komandasına rəhbərlik edəcək təcrübəli Texniki işlər üzrə menecer axtarılır.
Əsas vəzifələr:
- Bütün texniki sistemlərin (HVAC, elektrik, su təchizatı, kanalizasiya, yanğın siqnalizasiya, lift və digər mexaniki avadanlıqlar) fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək
- Texniki şöbənin gündəlik fəaliyyətini planlaşdırmaq, təşkil etmək və nəzarət etmək
- Mexanik, elektrik və santexnik komandalarını idarə etmək, onların işini koordinasiya etmək və performansını qiymətləndirmək
- Planlı profilaktik texniki xidmət (PPM) proqramlarını hazırlamaq və icrasına nəzarət etmək
- Texniki layihələr, sxemlər və avadanlıq pasportları əsasında qərarlar qəbul etmək
- Texniki büdcəni planlaşdırmaq və xərclərə nəzarət etmək
- Fövqəladə hallarda operativ qərar vermək və riskləri idarə etmək
- Təhlükəsizlik, gigiyena və istismar standartlarına riayət olunmasını təmin etmək
- Rəhbərliyə müntəzəm texniki hesabatlar təqdim etmək və təkmilləşdirmə təklifləri vermək
- Texniki modernləşdirmə, enerji səmərəliliyi və BMS (Building Management System) inteqrasiyaları üzrə layihələrdə iştirak etmək
Əsas tələblər:
- Mühəndislik sahəsində ali təhsil (Mexanika, Elektrik, Energetika və ya oxşar ixtisas)
- Minimum 5 il bina mühəndis sistemlərinin idarə olunması üzrə təcrübə
- Planlı profilaktik texniki xidmət (PPM) sistemlərinin qurulması və icrası təcrübəsi
- Texniki sənədlərin (layihə çertyojları, sxemlər, texniki pasportlar) oxunması və analiz bacarığı
- Texniki büdcənin planlaşdırılması və xərclərə nəzarət bacarığı
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə bilik
- Fövqəladə halların idarə olunması və risklərin qiymətləndirilməsi təcrübəsi
- MS Office və hesabatlıq bacarığı
Aşağıdakı sistemlər üzrə praktik və idarəetmə səviyyəsində bilik:
- HVAC (isitmə, soyutma və havalandırma sistemləri)
- Elektrik paylayıcı şəbəkələr və generator sistemləri
- Su təchizatı, kanalizasiya və hidrofor sistemləri
- Yanğın təhlükəsizliyi və yanğın siqnalizasiya sistemləri
- Lift və digər mexaniki avadanlıqların istismar prinsipləri
Vəzifə üzrə təminatlar:
- Şirkət tərəfindən tibbi sığorta paketi ilə təmin edilir;
- Şirkət tərəfindən qidalanma ilə təmin edilir;
- Şirkət daxili nəzərdə tutulan digər təminatlar;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları.
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Texniki işlər üzrə menecer” yazmaqla Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.