A Alov Qüllələri Biznes Mərkəzi
  • 734

Alov Qüllələri Biznes Mərkəzi

Business

Texniki işlər üzrə menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Texniki işlər üzrə menecer

  • Deadline 23 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Struktur: Texniki işlər şöbəsi

İş yeri: Alov Qüllələri - Flame Residence premium yaşayış kompleksi

Vəzifə haqqında:

Flame Residence premium yaşayış kompleksində mühəndis-texniki işləri idarə edəcək və mexanik, elektrik və santexnik komandasına rəhbərlik edəcək təcrübəli Texniki işlər üzrə menecer axtarılır.

Əsas vəzifələr:

  • Bütün texniki sistemlərin (HVAC, elektrik, su təchizatı, kanalizasiya, yanğın siqnalizasiya, lift və digər mexaniki avadanlıqlar) fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək
  • Texniki şöbənin gündəlik fəaliyyətini planlaşdırmaq, təşkil etmək və nəzarət etmək
  • Mexanik, elektrik və santexnik komandalarını idarə etmək, onların işini koordinasiya etmək və performansını qiymətləndirmək
  • Planlı profilaktik texniki xidmət (PPM) proqramlarını hazırlamaq və icrasına nəzarət etmək
  • Texniki layihələr, sxemlər və avadanlıq pasportları əsasında qərarlar qəbul etmək
  • Texniki büdcəni planlaşdırmaq və xərclərə nəzarət etmək
  • Fövqəladə hallarda operativ qərar vermək və riskləri idarə etmək
  • Təhlükəsizlik, gigiyena və istismar standartlarına riayət olunmasını təmin etmək
  • Rəhbərliyə müntəzəm texniki hesabatlar təqdim etmək və təkmilləşdirmə təklifləri vermək
  • Texniki modernləşdirmə, enerji səmərəliliyi və BMS (Building Management System) inteqrasiyaları üzrə layihələrdə iştirak etmək

Əsas tələblər:

  • Mühəndislik sahəsində ali təhsil (Mexanika, Elektrik, Energetika və ya oxşar ixtisas)
  • Minimum 5 il bina mühəndis sistemlərinin idarə olunması üzrə təcrübə
  • Planlı profilaktik texniki xidmət (PPM) sistemlərinin qurulması və icrası təcrübəsi
  • Texniki sənədlərin (layihə çertyojları, sxemlər, texniki pasportlar) oxunması və analiz bacarığı
  • Texniki büdcənin planlaşdırılması və xərclərə nəzarət bacarığı
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə bilik
  • Fövqəladə halların idarə olunması və risklərin qiymətləndirilməsi təcrübəsi
  • MS Office və hesabatlıq bacarığı

 

Aşağıdakı sistemlər üzrə praktik və idarəetmə səviyyəsində bilik:

  • HVAC (isitmə, soyutma və havalandırma sistemləri)
  • Elektrik paylayıcı şəbəkələr və generator sistemləri
  • Su təchizatı, kanalizasiya və hidrofor sistemləri
  • Yanğın təhlükəsizliyi və yanğın siqnalizasiya sistemləri
  • Lift və digər mexaniki avadanlıqların istismar prinsipləri

Vəzifə üzrə təminatlar:

  • Şirkət tərəfindən tibbi sığorta paketi ilə təmin edilir;
  • Şirkət tərəfindən qidalanma ilə təmin edilir;
  • Şirkət daxili nəzərdə tutulan digər təminatlar;
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları.

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Texniki işlər üzrə menecer” yazmaqla Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily37
  • Weekly174
  • Monthly177