Korporativ Satış və Layihələrin İdarə Edilməsi üzrə Menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Korporativ Satış və Layihələrin İdarə Edilməsi üzrə Menecer

  • Deadline 3 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Alpino Doors Gallery komandasına Korporativ Satış və Layihələrin İdarə Edilməsi üzrə Menecer axtarılır.

Vəzifə öhdəlikləri:

  • Memarlıq, dizayn və tikinti şirkətləri ilə yeni əməkdaşlıqlar qurmaq;
  • Dizaynerlər, memarlar və korporativ müştərilərlə görüşlər keçirmək;
  • Şirkətin məhsullarını (polad arakəsmə, qapı və sürgülü sistemlər) peşəkar şəkildə təqdim etmək;
  • Potensial müştəriləri showroom-a dəvət edərək məhsullarla tanış etmək;
  • Müştəri bazasını genişləndirmək və yeni layihələr cəlb etmək;
  • Layihənin ilk görüş mərhələsindən təhvil verilməsinə qədər müştəri ilə davamlı əlaqədə olmaq və prosesi koordinasiya etmək;
  • Satış və layihələrin icrası ilə bağlı mütəmadi hesabat vermək.

Namizədə tələblər:

  • Satış sahəsində iş təcrübəsi (B2B satış təcrübəsi üstünlükdür);
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq;
  • Layihələri planlaşdırmaq və eyni anda bir neçə müştəri ilə işləmək bacarığı.

İş şəraiti:

  • İş yeri: Bakı, Ağ Şəhər
  • İş qrafiki: Bazar ertəsi – Cümə: 10:00 – 18:00 / Şənbə: Qısaldılmış iş günü
  • Əməkhaqqı: Sabit maaş + bonus
  • Karyera inkişafı və peşəkar komandada çalışma imkanı.

Maraqlanan namizədlər CV-lərini WhatsApp vasitəsilə +994 50 880 77 00 nömrəsinə göndərə bilərlər.

  • Daily2
  • Weekly2
  • Monthly402