A Altent MMC
  • 135

Mühasib-Anbardar

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib-Anbardar

  • Deadline 28 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

ALTENT MMC-də mühasibatlıq işlərinin həcmi böyük deyil. İş əsasən gündəlik sadə mühasibatlıq əməliyyatlarının, sənədləşmənin və anbar uçotunun bir əməkdaş tərəfindən idarə edilməsindən ibarətdir.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: 5 günlük iş həftəsi, 09:00 – 18:00
  • İstirahət günləri: Şənbə və Bazar
  • Əmək haqqı: 750 AZN

Vəzifə öhdəlikləri

  • Şirkətin gündəlik sadə mühasibatlıq əməliyyatlarının aparılması;
  • DSMF, vergi və digər müvafiq ödəniş və köçürmələrin həyata keçirilməsi;
  • Bank və kassa əməliyyatlarının qeydiyyatının aparılması;
  • Elektron qaimələrin hazırlanması və göndərilməsi;
  • Gəlir və xərclərin qeydiyyatının aparılması;
  • Müqavilələrin hazırlanması və müvafiq sənədləşmənin aparılması;
  • Razılaşdırma protokollarının hazırlanması;
  • Anbara daxil olan və anbardan çıxan malların qeydiyyatının aparılması;
  • Mal-material qalıqlarına nəzarət;
  • Anbar sənədlərinin düzgün və sistemli şəkildə aparılması;
  • Dövri inventarizasiyanın aparılması;
  • Mühasibatlıq və anbar üzrə tələb olunan hesabat və məlumatların rəhbərliyə təqdim edilməsi.

Namizədə tələblər

  • Mühasibatlıq üzrə baza bilikləri;
  • DSMF, vergi və müvafiq elektron portallarla işləmə bacarığı;
  • Elektron qaimələrlə işləmə təcrübəsi;
  • Müqavilə və digər işgüzar sənədlərin hazırlanması bacarığı;
  • Microsoft Excel və Word proqramlarında işləmə bacarığı;
  • Anbar uçotu üzrə anlayış;
  • Diqqətli, məsuliyyətli və dəqiq olmaq;
  • Müvafiq sahədə iş təcrübəsi üstünlükdür.

Maraqlanan namizədlər CV-lərini “Mühasib-Anbardar” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya əlaqə nömrəsinə təqdim edə bilərlər.

Əlaqə 0553122616

  • Daily116
  • Weekly652
  • Monthly2405