“Alterna” ASC “Günəş panelleri üzrə mühəndis” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
- Günəş enerjisi sistemlərini və PV panelləri layihələndirmək;
- Quraşdırma və istismara vermə proseslərinə nəzarət etmək;
- Texniki ölçmə və performans analizlərini aparmaq;
- Sistem nasazlıqlarını aşkarlamaq və aradan qaldırmaq;
- Texniki sənədləri və hesabatları hazırlamaq;
- Təhlükəsizlik və texniki standartlara riayət olunmasını təmin etmək;
- Müvafiq tərəflərlə (müştəri, podratçı, texniki heyət) koordinasiya etmək.
Tələblər:
- Günəş enerjisi sistemləri üzrə minimum 1 illik təcrübə;
- Texniki çertyoj və sxemləri oxumaq bacarığı;
- Analitik düşünmək və problemləri həll etmək bacarığı;
- MS Office və mühəndislik proqramlarından istifadə etmək bacarığı;
- Elektrik mühəndisliyi və ya bərpa olunan enerji sahəsində ali təhsil;
- İngilis dili bilmək (üstünlükdür)
İş şəraiti:
- İş yeri: Yasamal rayonu;
- İş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək, 5 günlük;
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Günəş panelleri üzrə mühəndis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi və ya +994512500525 əlaqə saxlamaları xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.