VƏZIFƏ TƏSVIRI:
Komandamıza qoşulmaq üçün peşəkar və ünsiyyətcil otel resepsionisti axtarırıq. Namizəd qonaqlara yüksək səviyyədə xidmət göstərməli və resepsiya işinin düzgün təşkilini təmin etməlidir.
VƏZIFƏLƏR:
- Qonaqları qarşılamaq və yola salmaq
- Check-in və check-out proseslərini həyata keçirmək
- Rezervasiyaları qəbul etmək və idarə etmək
- Telefon zənglərini cavablandırmaq və e-maillərə cavab vermək
- Otel xidmətləri və ətraf ərazilər haqqında məlumat vermək
- Qonaq müraciətlərini və şikayətlərini peşəkar şəkildə həll etmək
- Ödənişləri qəbul etmək və qeydiyyat aparmaq
- Digər şöbələrlə koordinasiyanı təmin etmək
TƏLƏBLƏR:
- Yaxşı ünsiyyət bacarıqları
- İngilis və rus dillərini sərbəst bilmək
- Otel və ya xidmət sahəsində təcrübə arzuolunandır
- Kompüter bilikləri
- Növbəli iş rejimində işləmək bacarığı
- Məsuliyyətli, səliqəli və gülərüz olmaq
İŞ REJIMI:
- 8 saatlıq iş qrafiki
- Səhər, günorta və axşam növbələri (növbəli iş rejimi)
- Əmək haqqı: 700 AZN
- İŞ YERI: Nizami küçəsi 90A, Landmark III
Müraciət üçün: Zəhmət olmasa CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin. CV göndərən zaman vəzifənin adını mövzu bölməsində göstərin.