Sahə: Ayaqqabı sexi, istehsalı
Vəzifə öhdəlikləri
- Alış və satış əməliyyatları üzrə məlumatların uçotu və reyestrlərin aparılması
- Satılmış malların uçotunun təşkili və müvafiq sənədlərin hazırlanması
- Anbar qalığı, mal-material ehtiyatları və istehsal hərəkətləri üzrə uçotun aparılması
- Alışlar üzrə mədaxillərin sistemə (Excel / ERP) daxil edilməsi
- Məhsullar üzrə maya dəyərinin hesablanmasında iştirak
- Daxili istehsalat tələbnamələrinin və istehsal sifarişlərinin icrasında iştirak
- Aylıq inventarizasiyanın təşkili və sənədləşdirilməsi
- Müştəri borcları və ödənişlər üzrə məlumatların hazırlanması və ilkin analiz
- Gündəlik və aylıq hesabatlar üçün məlumatların hazırlanması
- Mühasibat sənədlərinin düzgün saxlanılmasına və qorunmasına nəzarət
- Hesabat-uçot işlərinin avtomatlaşdırılması və sistemləşdirilməsində iştirak
- Yeni ERP sisteminin tətbiqi və gündəlik istifadəsində aktiv iştirak
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi
- Gündəlik sənədləşmə fasiləsizliyinin təmin edilməsi
Tələblər
- Mühasibatlıq, Maliyyə, Biznesin İdarəedilməsi və ya İqtisadiyyat sahəsində ali təhsil
- Yüksək səviyyədə Excel bilikləri (mütləqdir), Microsoft Office
- Analitik düşüncə və detallara diqqət
- Sistemli və məsuliyyətli iş tərzi
- Yeni proqram və sistemləri öyrənməyə maraq
- İstehsal və ya anbar uçotu sahəsində maraq üstünlükdür
Üstünlük sayılır
- Power Query və ya VBA bilikləri
- ERP sistemləri ilə tanışlıq (Odoo, 1C, SAP və s.)
- Google Sheets təcrübəsi
- İstehsal müəssisəsində iş təcrübəsi
Biz nə təklif edirik
- Praktiki inkişaf və uzunmüddətli əməkdaşlıq imkanı
- ERP sisteminin tətbiqində iştirak etməklə peşəkar inkişaf
- Gələcəkdə mühasibat şöbəsində irəliləmə perspektivi
- Stabil iş mühiti
- Əmək haqqı: müsahibə əsasında (Gross 700–900 AZN)
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Bakıxanov qəsəbəsi
- İş rejimi: 6 günlük iş həftəsi, 09:00-18:00
- Sahə: Ayaqqabı sexi, istehsal
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq müraciət edə bilərlər.
Əlaqə: +994 50 560 25 52