A Alutech Baku
  • 162

Soyuducu ustası

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Soyuducu ustası

  • Deadline 24 May 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Soyuducu ustasının vəzifə öhdəlikləri:

  • Şkaf, kamera, vitrin və məişət tipli soyuducuların diaqnostika edilməsi
  • Soyuducularda qaz sızıntlarını düzgün aşkar etməyi bacarmalı
  • Arqon və qazla qaynaq etməyi bacarmalı 
  • Ölçü alətlərindən və digər alətlərdən düzgün istifadə etməyi bacarmalı
  • Sıradan çıxmış ehtiyyat hissələrini yenisi ilə əvəz etmeyi bacarmalı
  • Kompressorların əvəz edilməsi
  • Buzxananın yenisi ilə əvəz edilməsi
  • Radiatorların əvəz edilməsi
  • Saat mexanizmlərinin əvəz edilməsi və.s
  • Sensor və digər datçiklərin əvəz edilməsi 
  • Mikrosxemlərin və göstərici kartların əvəz edilməsi
  • Korporotiv şirkətlər üzrə uyğun iş siyahısını öyrənmək və müvafiq qaydada görülmüş işlər üzrə qüsur və təhvil-təslim aktlarının düzgün qaydada tərtib edilməsi və sənədlərlə işləməyi bacarmaq (texniki rəy, qüsur aktları, təhvil-təslim aktları)
  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi
  • Korporotiv müştərilərin SAP sistemi üzrə inventar və kodları tanımağı bacarmaq
  • Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək
  • Soyuducuların texnoloji istehsal planını boru, armatur və digər ehtiyat hissələrinin yerləşməsini bilmək
  • Soyutmanın fiziki əsaslarını və texnoloji proseslərini bilmək

Tələblər:

  • Qaynaqçı sertifikatıının olması arzuolunandır.
  • Müvafiq sahədə peşə və ya texniki təhsili arzuolunandır.
  • Nizam intizam qaydalarına əməl etməli.
  • Şəxsi gigiyena qaydalarına fikir verməli və səliqə səhmanlı olmalı.
  • Şirkətdaxili qaydalara, təlimat və prosedurlara riayət etməli
  • Servis sahəsində minimum 2 (iki) il iş təcrübəsi olması
  • İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zəruriyyət yarandığı halda dəniz və bölgələrdə növbətçi işə uyğunlaşmağı bacarmalı 
  • Sürücülük bacarığı arzu olunandır

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • İş yeri: Bakı;
  • Əmək haqqı: 800-1200 AZN (namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir).

Namizədlər CV-lərini elektron ünvanına göndərə bilərlər.

  • Günlük0
  • Həftəlik622
  • Aylıq363