Anbardar (Qubadlı rayonu)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Anbardar (Qubadlı rayonu)

  • Deadline 3 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Yanar mal-materialın, xammalın, yarım fabrikatın, hazır məhsulun, hissələrin, alətlərin, əşyaların anbara qəbulu, tərəzidə çəkilməsi, mühafizəsi və müxtəlif materialları anbardan buraxmaq; 
  • Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunun yoxlamaq;   
  • Materialların mühafizə olunduğu yerə aparılması (əl araba və başqa mexanizmlərin köməyi ilə) və eyni zamanda görünüşünə, keyfiyyətinə, təyinatına və başqa əlamətlərinə görə çeşidlərə ayırmaq;
  • Mal-materialın və məhsulun xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsinin təşkili və təmin olunması;
  • Yükləmə, boşaltma və anbar daxilində yüklərin yerləşdirilməsi işlərinə nəzarət etmək;  
  • İstifadəçilərin sifarişlərinə görə materialların dəstlə komplektləşdirilmək; 
  • Anbarda qorunub saxlanan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunu aparmaq;
  • İnventarlaşdırmanın aparılmasında iştirak etmək;
  • Təlimatları birbaşa rəhbərindən almaq və işlərin daha səmərəli şəkildə planlaşdırılmasına təşkil etmək; 
  • Mövcud alət və avadanlıqları yoxlamaq və hazırlamaq;
  • Malları qəbul edən zaman müəssisənin siyasətinə uyğun olaraq təmizlik və intizama riayət etmək; 

İş şəraiti:

  • 6 günlük iş qrafiki
  • İş yerinin ünvanı: Qubadlı (Yaşayış yeri və qidalanma şirkət tərəfindən təmin ediləcək)
  • Əmək haqqı: 1200 AZN 

Tələblər:

  • Təhsil: Orta
  • İş stajı: Anbardar kimi azı 3 il təcrübə
  • 1C proqram təminatını bilmək

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş cv-lərini mövzu (subject) hissəsinə “Anbardar” qeyd edərək Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly0
  • Monthly384